Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax rayonu ərazisində saxlanılan şəhər sakini V.Məmmədovdan 1 kiloqram 115 qram marixuana götürülüb
25.04.2023
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş şəhər sakini V.Məmmədovdan 1 kiloqram 115 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırmalarla onun şəhəri ərazisindəki mağazaların birindən kondisioner, bir evin qarşısından isə velosiped oğurlaması da müəyyən olunub.
Nizami rayonu ərazisidə “BYD” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyib pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Aprelin 25-də saat 2 radələrində Nizami rayonu ərazisidə “BYD” markalı avtomobildə olan 2 sərnişinin sürücünü bıçaqla hədələyib 550 manatını quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Masallı rayon sakini R.Şahbazov və Bakı şəhər sakini E.Ələkbərov müəyyən olunaraq saxlanılıblar.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yerləşən iki marketdən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini D.Məmmədov saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birindəki seyfdən 2000 manat pul, digər marketdən isə 60 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini D.Məmmədov müəyyən olunaraq saxlanılıb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadının çantasından pul oğurlamaqda şübhəli bilinən F.Soltanov saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 17-də Bakı şəhər sakini olan bir qadının çantasından 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini F.Soltanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki dönərxanaların birindən oğurluq etməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb
Aprelin 23-də gecə saatlarında Yasamal rayonu ərazisindəki dönərxanaların birindən 70 manat pul və 1040 manat dəyərində planşet və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində bir traktorun kotanını oğurlamaqda şübhəli bilinən şəhər sakini C.Kərimov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kimyaçılar qəsəbəsi ərazisində “MTZ” markalı bir traktorun 1200 manat dəyərində kotanını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kərimov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində bir nəfərin bank hesabından 14850 manat pul oğurlamaqda şübhəli bilinən İ.Həsənzadə saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 19-da 40-cı məhəllə ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 14850 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Həsənzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Aprelin 1-dən 15-dək olan müddətdə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş D.Babayev və C.Abdullayev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində “KamAZ” və “Lada Priora” markalı avtomobillər toqquşub
Aprelin 26-da saat 2 radələrində Nəsimi rayonu ərazisində “KamAZ” və “Lada Priora” markalı avtomobillər toqquşduqdan sonra “KamAZ”-ın sürücüsü avtomobildən düşərək hadisə yerindən qaçıb. Nəticədə “Lada Priora” markalı avtomobildə olan sərnişin Bərdə rayon sakini P.Cəfərov hadisə yerində ölüb, sürücü və digər iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Müşkür kəndi ərazisində “Opel” markalı avtomobillə piyada vurulub
Aprelin 25-də saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisində rayon sakini Ə.Sultanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi D.Əliosmanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.