Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləsuvar şəhər sakini A.Mayılovdan heroin və silah-sursat aşkar olunaraq götürülüb
25.03.2023
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini A.Mayılovdan heroin, “AK-74” markalı avtomat silah, 2 ədəd patron darağı və 30 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Göygöl rayonunun Kərəmli kənd sakini B.Alızadədən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kərəmli kənd sakini B.Alızadədən qanunsuz saxladığı “Toz” markalı ov tüfəngi götürülüb.
İsmayıllı rayonunun Ərəgit kənd sakini A.Babayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərəgit kənd sakini A.Babayevdən qanunsuz saxladığı “Toz-34P” markalı ov tüfəngi götürülüb.
Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində "Mercedes" markalı avtomobil aşıb
Martın 26-da saat 1 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində şəhər sakini V.Ələkbərov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
24.03.2023
Martın 24-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nizami rayon ərazisindəki köşklərin birindən pul və tütün məmulatını oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini saxlanılıb
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə rayon ərazisindəki köşklərin birindən pul və 3500 manat dəyərində tütün məmulatının oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini Y.İbrahimov saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər ərazisində qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş R.Nəcəfov saxlanılıb. Araşdırma aparılır.
Babək Rayon Yarımca kəndindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakinləri saxlanılıblar
Babək Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 23-nə keçən gecə Yarımca kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakinləri M.Qasımov, Ü.Hüseynov və S.Məmmədov saxlanılıblar. Araşdırma aparılır.
İmişli Rayon Ağaməmmədli kəndi ərazisində suvarma qurğusundan naqili oğurlamaqda şübhəli bilinən rayon sakinləri saxlanılıblar
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağaməmmədli kəndi ərazisində əkin sahəsində suvarma qurğusundan 360 metr naqili oğurlamaqda şübhəli bilinən rayon sakinləri E.İsgəndərov, İ.Abayev və M.Rəhimov saxlanılıblar. Araşdırma aparılır.
Bərdə Rayon Kələntərli kənd sakini, İ.Orucovdan marixuana aşkar edilərək götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Kələntərli kənd sakini, əvvəllər məhkum olunmuş İ.Orucovdan 1 kiloqram 110 qram marixuana götürülüb. Araşdırma aparılır.