Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində “VAZ-21011” markalı avtomobil aşıb
25.04.2023
Aprelin 25-də saat 11 radələrində Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qəsəbə sakini M.Bəkirov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb. Nəticədə onun avtomobildə olan azyaşlı oğlu hadisə yerində ölüb.Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Özünü polis əməkdaşı kimi təqdim edib taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş şəxs Binəqədi rayonunda saxlanılıb
Sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə saxlanılıb. Əməliyyat Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Arşadırmalar zamanı müəyyən edilib ki, Zeynalabdin Məlikzadə onlayn yolla taksi şirkətlərinə əsasən iri marketlərin yaxınlığından sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Zeynalabdin Məlikzadə taksi sürücülərinə guya onun işlədiyi Polis Bölməsinə çatdıqları zaman ödənişi qaytaracağını bildirib. Zərərçəkənlər Zeynalabdin Məlikzadənin qeyd etdiyi Polis Bölməsinə yaxınlaşdıqda isə aldanıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onunla əlaqə saxlamaması üçün onların telefon nömrələrini bloklayıb. Zərərçəkənlərin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə müxtəlif proqramlar vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib. Zeynalabdin Məlikzadənin bu yolla 30-a yaxın taksi sürücüsünə qarşı dələduzluq etdiyi müəyyən edilib.Aşkar edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Zeynalabdin Məlikzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.Qeyd edək ki, Zeynalabdin Məlikzadə bundan əvvəl də əmlak alqı-satqısı saytlarında saxta elanlar yerləşdirərək vətəndaşları dələduzluq yolu ilə aldatdığı üçün məhkum olunub.
Xətaidə narkotiklərin satışı ilə məşğul olan, evində “tiryəkxana” təşkil edən və qanunsuz odlu silah saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakini Aqil Məmmədov və Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə rayon ərazisində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində “tiryəkxana” təşkil edən Kamal Ələkbərov. və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb. Araşdırma zamanı ev sahibinin yaşadığı ünvanda narkotik vasitə aludəçilərinə psixotrop maddə olan metamfetamin qəbul etmək üçün şərait yaratdığı müəyyən edilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah saxlayan paytaxt sakini Elçin Hüseynov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid daraq, 29 ədəd patron və 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib. Elçin Hüseynov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.Ümümilikdə isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının son iki ayda həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 73 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
24.04.2023
Aprelin 24-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 5 kiloqramdan artıq heroin və 198 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqramdan artıq heroin və 198 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Şəmkir şəhər sakini T.Həsənova narkotik vasitəni satmaqda şübhəli bilinən M.Zamanovun evindən 5 kiloqramdan artıq heroin götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.Araşdırmalarla narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş M.Zamanov da müəyyən olunaraq saxlanılıb. Ondan heroin və marixuana aşkarlanıb.Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Zamanovun evinə baxış zamanı oradan 5 kiloqram 110 qram heroin aşkar olunaraq götürülüb.
Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində silah-sursat tapılıb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqasımlı kəndi ərazisində nömrəsi silinmiş “AKSU-74” markalı avtomat silah, 1 ədəd qaytarıcı yay və 1 ədəd patron darağı tapılıb.Araşdırma aparılır.
Sabirabad rayonunun Qalağayın kənd sakini E.Bağırova məxsus həyətyanı sahədən 187 ədəd çətənə kolu götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Qalağayın kənd sakini E.Bağırova məxsus həyətyanı sahədən keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 187 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Abbaslı kəndi ərazisindən “VAZ-21074” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini N.Cəfərov saxlanılıb
Aprelin 24-də saat 7 radələrində Şəmkir rayonunun Abbaslı kəndi ərazisindən “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini N.Cəfərov saxlanılıb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Beyləqan şəhəri ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Soltanov saxlanılıb
Aprelin 24-də saat 21 radələrində Beyləqan şəhəri ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Soltanov müəyyən olunaraq saxlanılıb. Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.