Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində “Mercedes” və “MG” markalı avtomobillər toqquşub
24.04.2023
Aprelin 25-də saat 1 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində rayon sakini N.Fərəcovun idarə etdiyi “Mercedes” və Laçın rayon sakini S.Fətəliyevin idarə etdiyi “MG” markalı avtomobillər toqquşub. Nəticədə “MG” markalı avtomobildə olan sərnişin Q.Həsənova hadisə yerində ölüb, digər sürücü və bir sərnişin xəsarətlə xəstəxanaya yerləşdiriliblər.Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində “VAZ-21074” və “Mercedes” markalı avtomobillər toqquşub
Aprelin 24-də saat 23 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində rayon sakini E.Abdullayev idarə etdiyi “VAZ-21074” və Saatlı rayon sakini R.Müxtəsimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Abdullayev və sərnişini E.Rzayev hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində “İJ” markalı motosiklet ağaca çırpılıb
Aprelin 24-də saat 1 radələrində Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində rayon sakini D.Əsgərzadə idarə etdiyi “İJ” markalı motosikleti ağaca vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən D.Əsgərzadə ölüb.Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki kafelərin birindən 900 manat pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini R.Xalıqov saxlanılıb
Aprelin 23-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki kafelərin birindən 900 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini R.Xalıqov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində iki həyətyanı sahədən metal borular oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində iki həyətyanı sahədən metal borular oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Zaqatala rayon sakini H.Malxasov və Şamaxı rayon sakini R.Həşimov saxlanılıblar.Araşdırmalarla onların aprelin 24-nə keçən gecə daha bir evin zirzəmisindən boruları oğurlamaları da müəyyən olunub.
Suraxanıda mart-aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 60, üzərində odlu silah gəzdirən 2 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 7 nəfər – Seymur Rəşidov, Xəyal Sultanov, İbrahim İbrahimov, Rəşad Məmmədov, Namin Bədəlov, Səməndər Şükürov və Mikayıl Süleymanov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Qeyd edək ki, Suraxanı rayonunda cari ilin mart və aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümümilikdə 60 nəfər saxlanılıb. Onlar barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır. Həmin dövrdə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 2 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar edilib.Suraxanı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanunazidd əməllərə yol verən şəxslərin saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Ceyhun Kipçatov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
23.04.2023
Aprelin 23-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonu ərazisində “Khazar” markalı bir avtomobilin sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində “Khazar” markalı bir avtomobildə 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin avtomobili qaçırmaları barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini V.Mikayılov və Abşeron rayon sakini B.Ənvərli müəyyən olunaraq saxlanılıblar. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Nizami rayonu ərazisindəki evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Y.Musayev saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.