Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdaş rayonunun Aşağı Ləki kənd sakini E.Abdullayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
26.03.2023
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Ləki kənd sakini E.Abdullayevdən qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Sabirabad rayon sakini M.Əliyev və Şirvan şəhər sakini C.Qurbanovdan marixuana götürülüb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sabirabad rayon sakini M.Əliyevdən 445 qram, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş C.Qurbanovdan isə 440 qram marixuana aşkar olunaraq götürülüb.
Lerik rayon sakinləri E.Hüseynov və R.Mirzəyevdən marixuana götürülüb
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakinləri E.Hüseynovdan 14 qrama yaxın marixuana, R.Mirzəyevdən 28 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə E.Hüseynovun yaşadığı evə baxış zamanı oradan 370 qrama yaxın marixuana, R.Mirzəyevin yaşadığı evə baxış zamanı isə 438 qrama yaxın marixuana götürülüb.
Yevlax şəhəri ərazisində “QAZ-322132” markalı avtomobillə iki piyada vurulub
Martın 26-da saat 8 radələrində Yevlax şəhəri ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “QAZ-322132” markalı avtomobillə yolu keçən S.Ələsgərovanı və B.Mirzəyevanı vurub. Nəticədə S.Ələsgərova hadisə yerində ölüb, B.Mirzəyeva isə xəstəxanaya yerləşdirilib.Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Göygöl rayonunun Firuzabad kəndi ərazisində “BMW” markalı avtomobil dəmir yolayrıcısına çırpılıb
Martın 26-da saat 18 radələrində Göygöl rayonunun Firuzabad kəndi ərazisində Gəncə şəhər sakini E.Novruzov idarə etdiyi “BMW” markalı avtomobili dəmir yolayrıcısına vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
25.03.2023
Martın 25-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xızı rayonunda münaqişə zəminində atasına ölümcül xəsarət yetirməkdə şübhəli bilinən S.Aftilov tutularaq istintaqa təhvil verilib
Xızı Rayon Polis Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla oğlu S.Aftilovun münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub. S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.
Bakı şəhər sakini olan bir nəfərin bank hesabından pul oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini N.İsmayılov saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 1180 manatını oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini N.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini İ.Babayevdən qaz tapançası götürülüb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Babayevdən qaz tapançası aşkar olunaraq götürülüb.
Zaqatala rayonu ərazisindəki fermaların birindən 8 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki fermaların birindən 8 baş qoyun oğurlamaqda şübhəli bilinən Muğanlı kənd sakinləri T.Əhmədov və Ə.Mürsəliyev saxlanılıblar. Araşdırma aparılır.