Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhəri ərazisindən silah-sursat tapılmışdır
02.05.2023
Gəncə ŞBPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 1 ədəd lüləsi kəsilmiş, nömrəsi silinmiş “AK-74”markalı avtomat silah, 12 ədəd patron və 1 ədəd patron darağı tapılmışdır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən elektrik dirəklərini oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Rzayev saxlanılıb
Mayın 2-də Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin ərazisindən Sumqayıt şəhəri “Yüksək Gərginlikli Elektrik Şəbəkəsinə” məxsus dirəklərin oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rusif Rzayev saxlanılıb. Araşdırma aparılır.
Oğurluq maddəsi ilə axtarışda olduğuna görə tutulan E.Məmmədovun bir qadına qarşı soyğunçuluq etməsi də müəyyən olunub
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsində aparılan araşdırmalarla Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğuna görə tutulan Bakı şəhər sakini E.Məmmədovun aprelin 9-da şəhər ərazisində bir qadının içərisində pul və bank kartı olan cüzdanını soyğunçuluq yolu ilə talaması da müəyyən olunub.
Abşeron rayonu ərazisindəki 8 evdən oğurluq etməkdə şübhəli bilinən Yardımlı rayon sakini M. Təhməzli saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindən müxtəlif vaxtlarda 8 evdən məişət əşyaları, təmir-tikinti alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş M. Təhməzli saxlanılıb. Araşdırma aparılır.
Qax rayonu ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən S.Məmmədov saxlanılıb
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb. Araşdırmalarla onun Qaxbaş kəndində daha bir evdən 5700 manat dəyərində noutbuk, planşet, mobil telefon, gümüş, bijuteriya əşyaları, mirvari boyunbağı və bilərzik oğurlaması da müəyyən olunub.
Sabirabad rayonunun Yastıqoba kənd sakinləri H.Abuşovun və A.Abışovun həyətindən çətənə kolları götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yastıqoba kənd sakinləri H.Abuşovun həyətindən 397 ədəd, A.Abışovun həyətindən isə 23 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq götürülüb. Qeyd edək ki, A.Abışov əvvəllər də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməyə görə məhkum olunub.
Qusar rayonunun Zuxul kənd sakini M.Rəhmanovun həyətindən ov tüfəngi götürülüb
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Zuxul kənd sakini M.Rəhmanovun həyətindən 1 ədəd “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafından 9 ədəd velosiped oğurlayan şəxs saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ayda metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafında ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 9 ədəd velosiped oğurlayan, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Babək Abdullazadə tutulub. Araşdırma zamanı müəyyən edilib ki, Babək Abdullazadə üzərində gəzdirdiyi kəsici alətlə velosipedlərin bağlanma vasitələrini kəsərək onları ələ keçirib və pul müqabilində müxtəlif şəxslərə satıb. O, oğurluq nəticəsində əldə etdiyi maddi vəsaitləri isə şəxsi ehtiyaclarına ödəyib. Babək Abdullazadədən maddi sübut qismində oğurladığı velosipedlərin bir qismi aşkar olunaraq götürülüb.Qeyd edək ki, onun oğurluq etməsi inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Babək Abdullazadə barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nərimanov Rayon Polis İdarəsinə, 16-ci Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı İrandan 112 kiloqram narkotik vasitə gətirən 2 nəfər saxlanıldı
İran İslam Respublikasından birbaşa olaraq milli genefondumuzun məhv edilməsi məqsədi ilə göndərilən külli miqdarda narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı növbəti dəfə Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətlə alınıb.Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində paytaxt sakinləri Rövşən Zamanov və Röyal Baloğlanov saxlanılıblar. Onların avtomobilinə və yaşadıqları evlərə baxış zamanı hər iki şəxsə məxsus 112 kiloqram, o cümlədən 30 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 52 kiloqram qurudulmuş marixuana, 30 kiloqram metamfetamin və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.Rövşən Zamanov və Röyal Baloğlanov narkotik vasitələri İran vətəndaşı “Hadı” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən İmişli rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
01.05.2023
Mayın 1-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.