DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıtda Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter avadanlıqları və tibbi ləzvazimatlar oğurlayan şəxslər saxlanılıblar

26.05.2023

Sumqayıt şəhərində yerləşən Psixiatriya Xəstəxanasından oğurluq edilib. Naməlum şəxs və ya şəxslər 15-16 may tarixləri arasında xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar. Xəstəxanadan daxil olan məlumat əsasında dərhal Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib müvafiq istinaq hərərkətləri icra edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov qısa müddətdə saxlanılaraq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər. 
Qeyd edək ki, xəstəxanadan oğurlanan avadanlıqların bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. 
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.  Ziyəddin Qəmbərov və Azər Qasımov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Sumqayıt Şəhər Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=c-pyKiSI7BI

 

 

26.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub 26.05.2023
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan oğurluq etməkdə şübhəli bilinən İ.Abbasov saxlanılıb 26.05.2023
  • Suraxanı rayonunun Ramana qəsəbəsində F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini S.Heydərzadə müəyyən olunaraq saxlanılıb 26.05.2023
  • Bakı şəhər sakini M.Xasanovun idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq heroin və 68 qramdan çox metamfetamin götürülüb 26.05.2023
  • İmişli rayonunun Yalavac kənd sakini F.Hacıyevin həyətyanı sahəsindən çətənə kolları və 2 kiloqramdan artıq marixuana götürülüb 26.05.2023
  • Şərur rayonunun Aşağı Aralıq kənd sakini Q.Quliyevin evindən qanunsuz saxladığı 3 ədəd ov tüfəngi aşkar olunaraq götürülüb 26.05.2023
  • Balakən rayonunun Qazma kənd sakini B.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 26.05.2023
  • Şəmkir rayonunun Düyərli kənd sakini M.Hacıyevin evindən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb 26.05.2023
  • Kürdəmir rayonunun Sorsor kəndində ov tüfəngi ilə ehtiyatsız davrandığından xəsarət almış V.İsmayılovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 26.05.2023
  • Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “İnfiniti” markalı bir avtomobildən cüzdan oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini S.Məmnmədov saxlanılıb 26.05.2023
  • Sabirabad rayonu ərazisində 3 evdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini E.Abbasov saxlanılıb 26.05.2023
  • Bərdə şəhəri ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Təhməzov saxlanılıb 26.05.2023
  • Nizami rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini M.Kərimov saxlanılıb 26.05.2023
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Toyota” və “KamAZ” markalı avtomobillər toqquşub 26.05.2023
  • Gəncə şəhəri ərazisində “Khazar” və “Toyota” markalı avtomobillər toqquşub 26.05.2023
  • Şərur rayonu ərazisində mopedlə “QAZ-3302” markalı avtomobil toqquşub 26.05.2023
  • Masallı rayonunun Banbaşı kəndi ərazisində “VAZ” markalı iki avtomobil toqquşub 26.05.2023
  • Binəqədi rayonunda narkotiklərin satışı ilə məşğul olan kişi və qadın saxlanılıb 26.05.2023
  • Nərimanov rayonunda avtoxuliqanlıq hərəkətləri edən və polis əməkdaşlarına tabe olmayan sürücü həbs edilib 26.05.2023
  • Sumqayıtda Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter avadanlıqları və tibbi ləzvazimatlar oğurlayan şəxslər saxlanılıblar 26.05.2023