DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunda avtoxuliqanlıq hərəkətləri edən və polis əməkdaşlarına tabe olmayan sürücü həbs edilib

26.05.2023

Nərimanov rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin “Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini Rövşən Musayev qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün ona saxla işarəsi verilib. Sürücü hərəkətini davam etdirərək yol polislərinə tabe olmayıb. Görülən tədbirlər nəticəsində sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəmənin qərarı ilə sürücü Rövşən Musayev 10 sutka inzibati qaydada həbs edilib. Araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=_FvSPYuX1g8

 

26.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub 26.05.2023
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan oğurluq etməkdə şübhəli bilinən İ.Abbasov saxlanılıb 26.05.2023
  • Suraxanı rayonunun Ramana qəsəbəsində F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini S.Heydərzadə müəyyən olunaraq saxlanılıb 26.05.2023
  • Bakı şəhər sakini M.Xasanovun idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq heroin və 68 qramdan çox metamfetamin götürülüb 26.05.2023
  • İmişli rayonunun Yalavac kənd sakini F.Hacıyevin həyətyanı sahəsindən çətənə kolları və 2 kiloqramdan artıq marixuana götürülüb 26.05.2023
  • Şərur rayonunun Aşağı Aralıq kənd sakini Q.Quliyevin evindən qanunsuz saxladığı 3 ədəd ov tüfəngi aşkar olunaraq götürülüb 26.05.2023
  • Balakən rayonunun Qazma kənd sakini B.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 26.05.2023
  • Şəmkir rayonunun Düyərli kənd sakini M.Hacıyevin evindən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb 26.05.2023
  • Kürdəmir rayonunun Sorsor kəndində ov tüfəngi ilə ehtiyatsız davrandığından xəsarət almış V.İsmayılovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 26.05.2023
  • Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “İnfiniti” markalı bir avtomobildən cüzdan oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini S.Məmnmədov saxlanılıb 26.05.2023
  • Sabirabad rayonu ərazisində 3 evdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini E.Abbasov saxlanılıb 26.05.2023
  • Bərdə şəhəri ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Təhməzov saxlanılıb 26.05.2023
  • Nizami rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini M.Kərimov saxlanılıb 26.05.2023
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Toyota” və “KamAZ” markalı avtomobillər toqquşub 26.05.2023
  • Gəncə şəhəri ərazisində “Khazar” və “Toyota” markalı avtomobillər toqquşub 26.05.2023
  • Şərur rayonu ərazisində mopedlə “QAZ-3302” markalı avtomobil toqquşub 26.05.2023
  • Masallı rayonunun Banbaşı kəndi ərazisində “VAZ” markalı iki avtomobil toqquşub 26.05.2023
  • Binəqədi rayonunda narkotiklərin satışı ilə məşğul olan kişi və qadın saxlanılıb 26.05.2023
  • Nərimanov rayonunda avtoxuliqanlıq hərəkətləri edən və polis əməkdaşlarına tabe olmayan sürücü həbs edilib 26.05.2023
  • Sumqayıtda Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter avadanlıqları və tibbi ləzvazimatlar oğurlayan şəxslər saxlanılıblar 26.05.2023