Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 105 cinayətin açılması təmin olunub
04.05.2023
Mayın 4-də ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 12,5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 4-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Tərtər rayon sakini L.Məhərrəmlini qəsdən öldürməkdə şübhəli bilinən həyat yoldaşı S.Əlizadə tutularaq istintaqa cəlb edilib
Tərtər Rayon Polis Şöbəsinə mayın 4-də saat 12 radələrində rayon sakini L.Məhərrəmlinin ölməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla S.Əlizadənin münaqişə zəminində həyat yoldaşı L.Məhərrəmliyə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.S.Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 4 evdən oğurluq etməkdə şübhəli bililən R.İbrahimov və İ.Cəbiyev saxlanılıblar
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Ümid qəsəbəsi ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bililən Bakı şəhər sakinləri R.İbrahimov və İ.Cəbiyev müəyyən edilərək saxlanılıblar.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən T.Abbasov və Y.Şərifov saxlanılıblar
Sumqayıt şəhəri ərazisində bir nəfərin içərisində pul və bank kartı olan cüzdanının oğurlanması və sonradan həmin kartdan 190 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri T.Abbasov və Y.Şərifov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Babək rayonunun Qahab kəndindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb
Babək Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qahab kəndindəki evlərin birindən 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakinləri A.Məmmədov və Ş.Məmmədov müəyyən edilərək saxlanılıblar.Araşdırma aparılır.
Şamaxı rayon sakini S.Hüseynova məxsus avtomobili qaçırmaqda və S.Şahməmmədova məxsus avtomobildən oğurluq etməkdə şübhəli bilinən X.Məlikov saxlanılıb
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini S.Hüseynova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda və S.Şahməmmədova məxsus “VAZ-2106” markalı avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məlikov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Saatlı rayonunun Mollavaizli kənd sakini İ.Ağayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mollavaizli kənd sakini İ.Ağayevdən qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Goranboy rayonunun Goran qəsəbə sakini E.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Goran qəsəbə sakini E.Məmmədovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobillə vətəndaş Ə.Əzməmmədova və azyaşlı qızı vurulub
Mayın 4-də saat 11 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ə.Əzməmmədova və azyaşlı qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaq isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.