Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisində T.Misriyevi döyüb pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən C.Salehov saxlanılıb
10.05.2023
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində T.Misriyevi döyüb 70 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş C.Salehov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini İ.Adıgözəlova vurulub
Mayın 10-da saat 18 radələrində Səbail rayonu ərazisində B.Eyubov idarə etdiyi xidməti “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Adıgözəlovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayonu ərazisində avtomobili sürücülük hüququ olmadan idarə edən H.Baxışov həbs edilib
Mayın 9-da saat 11 radələrində Abşeron rayonu ərazisində “Ford” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla sürücü Bakı şəhər sakini H.Baxışovun avtomobili sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 352.5-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə H.Baxışov 4 gün müddətinə inzibati həbs edilib.
Abşeron rayonu ərazisində nəzarət qaydasında saxlanılan avtobusu sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə edən Ə.Bəşirov həbs edilib
Mayın 9-da saat 16 radələrində Abşeron rayonu ərazisində “İsuzu” markalı avtobus Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Araşdırmalarla sürücü Bakı şəhər sakini Ə.Bəşirovun avtobusu sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ə.Bəşirov 4 gün müddətinə inzibati həbs edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
09.05.2023
Mayın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
12 kiloqrama yaxın marixuana, 303 ədəd güclü təsiredici xassəyə malik həb və 395 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 12 kiloqrama yaxın marixuana, 303 ədəd güclü təsiredici xassəyə malik həb və 395 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini C.Abdullazadə saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bir qadının çantasından içərisində pul və sənədlər olan cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini C.Abdullazadə saxlanılıb.Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxtın ayrı-ayrı rayonlarında daha 6 nəfərdən ümumilikdə 1222 manat və sənədlər olan cüzdanlarını cibgirlik yolu ilə talaması da müəyyən olunub.
Saatlı rayonunun Şirinbəy kənd sakini X.Hüseynovun həyətindən çətənə kolları aşkar edilərək götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şirinbəy kənd sakini X.Hüseynovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 386 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Lənkəran rayon sakinləri N.Cəfərovun və F.Hüseynovun yaşadıqları evlərdən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Günəhir kənd sakini N.Cəfərovun və Kərgəlan kənd sakini F.Hüseynovun yaşadıqları evlərə baxış zamanı qanunsuz saxladıqları “İJ” və “BM” markalı ov tüfəngləri aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Yevlax şəhəri ərazisində bir nəfərin özünü Kür çayı üzərindəki körpüdən çaya atmaq cəhdinin qarşısı alınıb
Mayın 9-da saat 20 radələrində Yevlax şəhəri ərazisində bir nəfər sərxoş halda özünü Kür çayı üzərindəki körpüdən çaya atmağa cəhd edib. Ərazidə xidmət aparan Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb. Araşdırma aparılır.