Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonunun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarından oğurluq etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini S.Atamanenko saxlanılıb

03.06.2023

Xaçmaz rayonunun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarının vaqonlarından birində içərisində şirkətlərdən birinə məxsus avtomobil ehtiyat hissələri və mühərrik yağları olan konteynerin qapısının plombsuz və açıq olmasının aşkar edilməsi barədə polisə məlumat daxil olub. 
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və oradan 30 ədəd yağ filtirinin, 20 ədəd yağ qutularının oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini S.Atamanenko müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

03.06.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub 03.06.2023
  • Ucar rayonunda münaqişə zəminində bıçaqla R.İlyaszadəyə xəsarət yetirməkdə və K.Əliyevanı qəsdən öldürməkdə şübhəli bilinən rayon sakini A.Əliyev saxlanılaraq istintaqa təhvil verilib 03.06.2023
  • Saatlı şəhər sakini E.İsmayılovu qəsdən öldürməkdə şübhəli bilinən K.Nərimanzadə saxlanılaraq istintaqa təhvil verilib 03.06.2023
  • Xaçmaz rayonunun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarından oğurluq etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini S.Atamanenko saxlanılıb 03.06.2023
  • Pirallahı rayonunun Gürgan qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 03.06.2023
  • Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində bir nəfərin 2260 manatını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 03.06.2023
  • Masallı rayonu Qızılağac kəndinin otlaq sahəsindən kənd sakini E.Nəsirovun 4 baş qoyununu oğurlamaqda şübhəli bilinən O.Məmmədov saxlanılıb 03.06.2023
  • Balakən rayonunun Qullar kənd sakini E.Orucovdan marixuana və çətənə bitkisini toxumları aşkar olunaraq götürülüb 03.06.2023
  • Qazax rayonunun Məzəm kəndi ərazisində yabanı halda bitmiş 5 ton çəkidə çətənə kolları aşkar olunaraq məhv edilib 03.06.2023
  • Laçın rayonunun Zabux qəsəbəsi ərazisində yabanı halda bitmiş 1 tondan artıq çətənə kolları aşkar olunaraq məhv edilib 03.06.2023
  • Yevlax rayonunun Gülöyşə kənd sakini Z.Mirzəzadəyə məxsus həyətyanı sahədən çətənə kolları götürülüb 03.06.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində "Hyundai" markalı avtomobillə Kürdəmir rayon sakini S.Hüseynov vurulub 03.06.2023
  • Qusar rayonunun Çiləgir kəndi ərazisində “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillər toqquşub 03.06.2023