Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Saatlı rayonunun Dəllər kənd sakini Y.Əmiraslanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
06.05.2023
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəllər kənd sakini Y.Əmiraslanovdan qanunsuz saxladığı “TOZ-63” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Samux şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 6-da saat 23 radələrində Samux şəhəri ərazisində rayon sakini Z.Nəbiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili işıq dirəyinə, sonradan yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilə vurub. Nəticədə “VAZ-21074” markalı avtomobildə olan E.Əsgərov hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdirilib.Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 72 cinayətin açılması təmin olunub
05.05.2023
Mayın 5-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nizami rayonu ərazisindəki evlərin birindən çilçıraq oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini E.Mirzəyev saxlanılıb
Mayın 2-də Nizami rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində çilçırağın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini E.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ş.Zeynalova saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bülbülə qəsəbəsindəki evlərin birindən pul və 2170 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Ş.Zeynalova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Naxçıvan şəhəri ərazisində şəhər sakininin çantasını oğurlamaqda şübhəli bilinən Şahbuz rayon sakini S.Məhərrəmov saxlanılıb
Mayın 3-də Naxçıvan şəhəri ərazisində şəhər sakininin içərisində 6130 manat dəyərində lotereya, bank kartı və sənəd olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şahbuz rayon sakini S.Məhərrəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağcabədi şəhəri ərazisindəki bir avtomobil yuma məntəqəsindən buxar aparatını oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki bir avtomobil yuma məntəqəsindən 2300 manat dəyərində par aparatını oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Masallı rayon sakinləri M.Məmmədov və Z.İbrahimovdan marixuana götürülüb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar M.Məmmədovdan 445 qram, Z.İbrahimovdan 450 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində “Opel” markalı avtomobillə velosiped sürən S.Həmrayev vurulub
Mayın 5-də saat 21 radələrində Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində Qusar rayon sakini S.Dusmətov idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Xudat şəhər sakini S.Həmrayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Binəqədi rayonunda özünü polis əməkdaşı kimi təqdim edib taksi sürücülərinə qarşı dələduzluq edən və maşın satışı saytlarında beh almaq adı ilə insanları aldadan daha bir nəfər saxlanılıb
Sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən daha bir nəfər, Mingəçevir şəhər sakini Ramil Salmanov saxlanılıb. Əməliyyat Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək əvvəlcə taksi şirkətlərinə sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Ramil Salmanov guya işlədiyi yerə çatdıqları zaman taksi sürücülərinin pullarını qaytaracağına söz verib. Zərərçəkənlər Ramil Salmanovun qeyd etdiyi polis orqanlarına çatdıqda isə aldadıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə nağdlaşdıraraq ələ keçirib. Aparılan araşdırmalar zamanı Ramil Salmanovun əmlak alqı-satqısı saytlarında saxta maşın elanları yerləşdirərək vətəndaşlardan öncədən beh almaq adı ilə onları dələduzluq yolu ilə aldatdığı da müəyyən edilib. O, ifadəsində ümumilikdə qeyd edilən üsullarla 40-a yaxın şəxsi aldatdığını bildirib.Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Ramil Salmanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.