Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ucar rayonunun Bərgüşad kəndi ərazisində “Ford” markalı avtomobillə yolu keçən rayon sakini Ş.Əliyev vurulub
09.05.2023
Mayın 9-da saat 21 radələrində Ucar rayonunun Bərgüşad kəndi ərazisində kənd sakini N.Səfərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən rayon sakini Ş.Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda 35 min 900 saxta ABŞ dollarını dövriyyəyə buraxmaq istəyən şəxs saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən paytaxt sakini Nizami Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı saxta 35 min 900 ABŞ dollar aşkar olunaraq götürülüb. Nizami Quliyev saxta əskinasları paytaxt ərazisində müxtəlif vasitələrdə dövriyyəyə buraxmaq üçün əldə etdiyini bildirib. Faktla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Nizami Quliyev barəsində cinayət işi başlanılıb, əməliyyat-istintq tədbirləri davam etdirilir. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə paytaxt ərazisində moped oğurluğu ilə məşğul olan Şamil Şıxəliyev və Pərviz Qasımov saxlanılıblar. Onların Bakının müxtəlif ünvanlarında 4 ədəd mopedi sutkanın qaranlıq saatlarında oğurladıqları və pul müqabilində satıqları müəyyən edilib. Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
08.05.2023
Mayın 8-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birində R.Mehdiyevi bıçaqla öldürməkdə şübhəli bilinən ögey oğlu E.Abbasov saxlanılaraq istintaqa təhvil verilib
Mayın 8-də saat 22 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birində R.Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ögey oğlu E.Abbasovun R.Mehdiyevə bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Abbasov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami rayonu ərazisində Bakı şəhər sakini F.Hüseynovu münaqişə zəminində xəsarət yetirərək öldürməkdə şübhəli bilinən Sabirabad rayon sakini H.Cəfərov saxlanılaraq istintaqa təhvil verilib
Mayın 8-də saat 17 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini F.Hüseynovun öldürülməsi barədə polisə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Sabirabad rayon sakini H.Cəfərovun münaqişə zəminində F.Hüseynovun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Paytaxt sakini olan bir qadını şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyərək ondan 250 manat pul tələb etməkdə şübhəli bilinən İ.Nəcəfov saxlanılıb
Paytaxt sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək ondan 250 manat pul tələb olunması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə (şantaj) şübhəli bilinən Bakı sakini 24 yaşlı İ.Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla İ.Nəcəfovun sosial şəbəkədə işlətdiyi səhifəsində həmin qadının şəkillərini bir dəfə paylaşaraq ondan 180 manat tələb edərək alması, bir müddət sonra isə yenidən hədə-qorxu ilə pul tələb etməsi müəyyən olunub.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Mirəliyev saxlanılıb
Mayın 8-də gecə saatlarında Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir nəfərin 900 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Mirəliyev müəyyən olunaraq saxlanılıb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisindən “Chevrolet” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Tağıyev avtomobillə birgə saxlanılıb
Mayın 8-də Binəqədi qəsəbəsi ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini S.Tağıyev avtomobillə birgə qəsəbə ərazisində saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Saatlı rayonunun Musalı kəndi ərazisində “Khazar” markalı avtomobillə motosiklet toqquşub
Mayın 8-də saat 15 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində İmişli rayon sakini R.İsmayılovun idarə etdiyi “Khazar” markalı avtomobillə rayon sakini R.Salahovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletçi hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı-Qazax yolunda yerləşən postda yoxlama nəzarət qaydasında saxlanılan avtomobildən narkotik vasitələr, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mayın 8-də saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb. Sürücü, Bakı şəhər sakini N.Məmmədov və sərnişinləri - əvvəllər məhkum olunmuşlar R.Cavadov, M.Mirzəyev və E.Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər. Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.RPŞ-də avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.