Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhər sakini O.Mərdanovdan qanunsuz saxladığı ov tüfəngi və 3 ədəd patron götürülüb
12.05.2023
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qanunsuz saxladığı “Toz-16” markalı ov tüfəngi və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Sədərək rayon sakini A.İbrahimovdan tüfəng aşkar olunaraq götürülüb
Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Sədərək kənd sakini A.İbrahimovdan “Kral Safarı Magnum Cal” markalı tüfəng aşkar olunaraq götürülüb.
Qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən Saatlı rayon sakini E.Bayramov saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Bayramov saxlanılıb. Onun idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış zamanı oradan “AKS-74U” markalı avtomat silah, 2 ədəd patron sandığı və 76 ədəd patron aşkar olunaraq götürülüb.
Beyləqan rayonunun Milabad kənd sakini Z.Cəfərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Milabad kənd sakini Z.Cəfərovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Nərimanov rayonunda polisin son 2 ayda narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar zamanı 54 nəfər saxlanılıb
Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 54 nəfər saxlanılıb, barələrində cinayət işləri başlanılıb.Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılan şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 3 kiloqram heroin, 4 kiloqrama yaxın marixuana və 1 kiloqram metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə, əsasən İran İslam Respublikasında yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.Aşkar edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının son dövrlərdə keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 17 kiloqram, cümlədən 9 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 82 cinayətin açılması təmin olunub
11.05.2023
Mayın 11-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 36,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 30 kiloqram heroin, 4,6 kiloqramdan atıq metamfetamin, 1,6 kiloqramdan çox marixuana olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Sabunçu rayonu ərazisindəki yanacaqdoldurma məntəqələrindən birinin operatoruna saxta əsginas verən Kürdəmir rayon sakini Ş.Abdullayev saxlanılıb
Mayın 11-də saat 22.57-də Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən həyəcan siqnalı daxil olub. Yoxlama zamanı Kürdəmir rayon sakini Ş.Abdullayevin operatora 1 ədəd 100 manatlıq saxta əsginas verməsi müəyyən edilib və o, Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ 12-ci Polis Şöbəsinə təhvil verilib.
Sabunçu rayonu ərazisindəki bir mağazadan və bir evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini H.Bəkirova saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki bir mağazadan və bir evdən ümumilikdə 6200 manat pul, 1800 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini H.Bəkirova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
R.Azərinin Hövsan qəsəbəsi ərazisində gizlətdiyi ov tüfəngi aşkar edilərək götürülüb
Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hazırda həbs yerində olan R.Azərinin Hövsan qəsəbəsi ərazisində gizlətdiyi lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.Araşdırma aparılır.