Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonг ərazisində iki nəfərin cüzdanlarını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Hüseynov saxlanılıb
15.05.2023
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon ərazisində iki nəfərin içərisində pul, sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.Araşdırmalarla onun Neftçilər prospektində yerləşən bir kafenin şüşəsini sındırması da müəyyən olunub.
Sabunçuda aprelin 1-dən bü günə qədər keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və üzərində odlu silah saxlayan daha 92 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən aprel-may ayları ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 91 nəfər saxlanılıb.Araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 8 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilirQeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 43 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum molunmuş Maştağa qəsəbəsi sakini Rafiq Bağırov da saxlanılılıb. Onun üzərindən 1 ədəd “Valter” markalı tapança, 2 ədəd patron və patron darağı aşkar olunub. Rafiq Bağıro odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Qeyd edilən faktla bağlı arşadırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
14.05.2023
Mayın 14-də ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 7,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 13-də və 14-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqrama yaxın heroin, 4,5 kiloqramdan çox marixuana, 440 qramdan çox tiryək, 400 qramdan artıq metamfetamin, 30 ədəd güclü təsiredici xassəyə malik həb və 71 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İsmayıllı rayon sakini E.İsgəndərovdan heroin, tiryək və metamfetamin aşkar olunaraq götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərovdan 651 qrama yaxın heroin, 403 qrama yaxın tiryək və 302 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində yerləşən qəbristanlıqda dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Bağırov saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən qəbristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub. Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadına qarşı quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini B.Məhiyəddinov saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 14-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Məhiyəddinov müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Xırdalan şəhəri ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini B.Səmədov Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb
Mayın 14-də Xırdalan şəhəri ərazisindən Bakı şəhər sakini V.Şahbazova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş B.Səmədov Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Lənkəran şəhəri ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini N.Məmmədov saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən 3800 manat pul oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini N.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 91 cinayətin açılması təmin olunub
13.05.2023
Mayın 13-də ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.