Masallı rayonu Qızılağac kəndinin otlaq sahəsindən kənd sakini E.Nəsirovun 4 baş qoyununu oğurlamaqda şübhəli bilinən O.Məmmədov saxlanılıb
03.06.2023Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 1-də Qızılağac kəndinin otlaq sahəsindən kənd sakini E.Nəsirovun 4 baş qoyununu oğurlamaqda şübhəli bilinən kənd sakini O.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.