Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən N.Nəsirli saxlanılıb
05.04.2023
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiklərin əməliyyat tədbiri nəticəsində Ceyranbatan qəsəbəsindəki evlərin birindən 2000 manat pul və dəyəri 12 min manatdan çox olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini N.Nəsirli saxlanılıb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini Ş.Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ü.Poladov saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 31-də Bakı şəhər sakini Ş.Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Poladov müəyyən olunaraq saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində bir evin həyətindən inşaat materialları oğurlamaqda şübhəli bilinən C.Allahverdizadə saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şağan qəsəbəsi ərazisində bir yarımtikili evin həyətindən 2500 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Allahverdizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Siyəzən rayonu ərazisindəki mağazaların birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakini N.Mütəlimov saxlanılıb
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən pul və 713 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş N.Mütəlimov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan “Naqan” sistemli revolver və 4 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Salyan rayonunun Kürsəngi kəndi ərazisində “KamAZ” markalı yük avtomobili “Hyundai” markalı avtomobilə çırpılıb
Aprelin 5-də saat 16 radələrində Salyan rayonunun Kürsəngi kəndi ərazisində Lənkəran rayon sakini Ə.Dadaşov idarə etdiyi “KamAZ” markalı yük avtomobilini Neftçala rayon sakini E.Hüseynovun yolun kənarında saxladığı “Hyundai” markalı avtomobilə vurub. Nəticədə “Hyundai” markalı avtomobildə olan D.Bağırova, nəvəsi B.Bağırov, M.Muradova və E.Hüseynova hadisə yerində ölüb, digər 1 sərnişin və hər iki sürücü xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
04.04.2023
Aprelin 4-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 12,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 4-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 9,3 kiloqrama yaxın marixuana, 400 qram həşiş və 63 qram tiryək olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daşkəsən rayonunun Mədənçilər qəsəbəsində rayon sakinləri M.Məmmədov və onun həyat yoldaşını öldürməkdə şübhəli bilinən qəsəbə sakini Ş.Ələsgərov saxlanılaraq istintaqa təhvil verilib
Daşkəsən Rayon Polis Şöbəsinə aprelin 4-də saat 18 radələrində Mədənçilər qəsəbəsində rayon sakinləri M.Məmmədov və onun həyat yoldaşı P.Məmmədovanın baş nahiyələrində xəsarətləri olan meyitlərinin yaşadıqları evdə aşkarlanması barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Ələsgərovun bu əməli törətməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Ələsgərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ü.Bayramov və N.Bayramov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə yolu keçən piyadanı vuraraq hadisə yerindən yayınan “KİA” markalı avtomobilin sürücüsü F.Səmədov saxlanılıb
Aprelin 1-də saat 23 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Elyaz İsmayılov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Famil Səmədov saxlanılıb. Araşdırma aparılır.