Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan rayonunun Dünyamalılar kənd sakini B.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
16.05.2023
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Dünyamalılar kənd sakini B.Quliyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində “Pejo” markalı avtomobillə moped toqquşub
Mayın 16-da saat 2 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Allahverdiyevin idarə etdiyi “Pejo” markalı avtomobillə paytaxt sakini Ə.Paşayevin idarə etdiyi moped toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Paşayev orada ölüb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Goranboy rayonunun Xoylu kəndi ərazisində “Mercedes” markalı avtomobil ağaca çırpılıb
Mayın 16-da saat 8 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində N.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü və sərnişini E.Quliyev hadisə yerində ölüblər.Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
15.05.2023
Mayın 15-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində bir avtomobilin sürücüsünə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən K.Əsgərov saxlanılıb
Mayın 15-də saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünün başına yumruqla vuraraq saxlanc yerindəki 15 manat pulunu götürməsi və düşərək avtomobilə də ziyan vurması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov müəyyən olunaraq saxlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbə sakini R.Sultanovun həyətindən çətənə kolları götürülüb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbə sakini R.Sultanovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində “Mercedes” markalı bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən İsmayıllı rayon sakini R.Məmmədov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 13-də rayon ərazisində “Mercedes” markalı bir avtomobildən cibində 910 manat pul olan gödəkcəni oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Beyləqan rayonunun Milabad kənd sakini F.Ağayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə Milabad kənd sakini F.Ağayevdən qanunsuz saxladığı “Bum” markalı ov tüfəngi götürülüb.
Gədəbəy rayonunun Qoşabulaq kənd sakini F.Kazımovdan qanunsuz saxladığı ov tüfəngi və patron götürülüb
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə Qoşabulaq kənd sakini F.Kazımovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.
Şabran rayonunun Malyan adlanan ərazisindəki fermada çobanın itinə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən Z.Abdullayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Mayın 13-də Şabran rayonunun Malyan adlanan ərazisindəki fermaya gələn bir nəfərin orada işləyən çobanın itinə ov tüfəngi ilə atəş açması barədə polisə məlumat daxil olub. Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Z.Abdullayevdən qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.