Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KamAZ” markalı bir avtomobildən 2 ədəd akkumulyatoru oğurlamaqda şübhəli bilinən L.Dadaşzadə və İ.Əzizov saxlanılıblar
08.05.2023
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KamAZ” markalı bir avtomobildən 600 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Sumqayıt şəhər sakini L.Dadaşzadə və Bakı şəhər sakini İ.Əzizov saxlanılıblar. Araşdırmalarla onların müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində “Ford”, “Zil” və “KamAZ” markalı daha 3 avtomobildən akkumulyator və yanacaq oğurlamaları da müəyyən olunub.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini C.Əliyev saxlanılıb
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən 2100 manat pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş C.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və cüzdanını talamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Mayın 6-da gecə saatlarında Nəsimi rayonu ərazisində bir qrup şəxsin bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və cüzdanını talaması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini X.Ələsgərov, Ağstafa rayon sakini N.Kərimov, Bərdə rayon sakini V.İsmayılov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş T.İlyaslı və Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Şirvan şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından 1743 manatını oğurlamaqda şübhəli bilinən Zaqatala şəhər sakinləri Ə.Bəşirov və R.Sulxayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini Z.Məmmədovdan 440 qram heroin və 460 qram metamfetamin götürülüb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini Z.Məmmədovdan 440 qram heroin və 460 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nərimanovda avtomobillərin qanunsuz parklanmasına qarşı quraşdırılan 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan dəmir tumbaları oğurlamaqla ölkənin nəqliyyat infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar. Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim olunublar.Araşdırmalarla müəyyən edilib ki, Elşən Həsənov özünə məxsus avtomobillə tanışları Ceyhun Mirzəyev və Eyvaz Əliyevlə birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək parka gəlməklə oradan ümumilikdə 14 ədəd dəmir tumba oğurlayıb. Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb. Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
07.05.2023
Mayın 7-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 6-da və 7-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 460 qram kokain, 415 qram tiryək, 3,2 kiloqrama yaxın marixuana, 3284 ədəd güclü təsiredici xassəyə malik həb və 19 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xırdalan şəhər sakini olan bir nəfərin bank hesabından 2300 manatını oğurlamaqda şübhəli bilinən V.Tanrıverdiyeva saxlanılıb
Xırdalan şəhər sakini olan bir nəfərin bank hesabından 2300 manatının oğurlaması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini V.Tanrıverdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şərur rayonunun Vərməziyar kəndi ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən T.Mənsimov saxlanılıb
Şərur rayonunun Vərməziyar kəndi ərazisindəki mağazaların birində quraşdırılan kameranın yaddaş blokunun və oradakı ödəmə terminalının kassasından 795 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Şərur Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən kənd sakini T.Mənsimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.