Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonunun Ulacalı kənd sakinləri V.Mirzəyevin və A.Cəfərovun həyətindən çətənə kolları aşkar olunaraq götürülüb
13.05.2023
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ulacalı kənd sakinləri, əvvəllər məhkum olunmuş V.Mirzəyevin həyətindən 10 ədəd, A.Cəfərovun həyətindən isə 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bərdə rayonunun Nazırlı kənd sakini C.Əhmədovun həyətindən çətənə kolları və marixuana aşkar olunaraq götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nazırlı kənd sakini C.Əhmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu və 725 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Göygöl rayonunun Quşqara kəndindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən A.Əliyev saxlanılıb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 10-da Quşqara kəndindəki evlərin birindən 2200 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun digər bir həyətdən 2 ədəd dəmir su çəni, 1 ədəd su qızdırıcısı oğurlaması da müəyyən olunub.
Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində “Mercedes”, “VAZ-2106” markalı avtomobillər və “Ural” markalı yük avtomobili toqquşub
Mayın 13-də saat 13 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində O.Həsənovun idarə etdiyi “Mercedes”, A.Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər və E.Əkbərovun idarə etdiyi “Ural” markalı yük avtomobili toqquşub. Nəticədə O.Həsənov və sərnişini olan həyat yoldaşı hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Paytaxtda gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt ərazisində əsasən gözəllik salonlarına müştəri kimi daxil olaraq orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb. Həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları və başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib.Araşdırma zamanı Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib. Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 78 cinayətin açılması təmin olunub
12.05.2023
Mayın 12-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Naxçıvan şəhərində A.Əsgərova hədə-qorxu gələrək pulunu almaqda şübhəli bilinən Babək rayon sakini T.Allahverdiyev saxlanılıb
Mayın 10-da saat 13 radələrində Naxçıvan şəhərində şəhər sakini A.Əsgərovun idarə etdiyi “VAZ-21015” markalı avtomobildəki sərnişininin ona hədə-qorxu gələrək pulunu alması ilə bağlı polis orqanına müraciət edib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Babək rayon sakini T.Allahverdiyev müəyyən olunaraq saxlanılıb.Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Chevrolet” və “Naz Lifan” markalı avtomobillər toqquşub
Mayın 13-də saat 2 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Ə.Zülfüqarlının idarə etdiyi “Chevrolet” markalı və Şangül Məmmədovun idarə etdiyi “Naz Lifan” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Məmmədov və sərnişini Şahin Novruzov hadisə yerində ölüblər.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Hyundai” və “Scania” markalı avtomobillər toqquşub
Mayın 12-də saat 18 radələrində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Bakı şəhər sakini V.Əliyevanın idarə etdiyi “Hyundai” markalı və Qazax rayon sakini Ə.Mustafayevin idarə etdiyi “Scania” markalı avtomobillər toqquşub.Nəticədə V.Əliyevanın sərnişini olan qızı Ayla Osman hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Metroda bir şəxsin cibindən pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Rzayev saxlanılıb
Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bir şəxsin cibindən içərisində 110 manat, sənəd və bank kartı olan pul kisəsi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Rzayev müəyyən edilərək saxlanılıb.