Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qazax şəhəri ərazisində quraşdırılan işıqlandırma sisteminin elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Tağıyev saxlanılıb
17.05.2023
Qazax şəhəri ərazisində quraşdırılan işıqlandırma sisteminin 320 metr uzunluğunda elektrik naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub. Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Göyçay rayonu ərazisində yerləşən şirkətlərdən birinin həyətindən 30.000 manat dəyərində qurğunu oğurlamaqda şübhəli bilinən K.Şəfizadə saxlanılıb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yalman kəndi ərazisində yerləşən şirkətlərin birinin həyətindən 30.000 manat dəyərində qurğunu oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş K.Şəfizadə saxlanılıb. Araşdırma aparılır.
Masallı şəhəri ərazisində “Ford” və "Mercedes" markalı avtomobillər toqquşub
Mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisində rayon sakinləri İ.Nurəliyevin idarə etdiyi “Ford” markalı yük və S.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra “Mercedes” markalı avtomobil aşıb. Nəticədə “Mercedes” markalı avtomobildə olan Lənkəran rayon sakini F.Qurbanova xəstəxanada ölüb.Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 91 cinayətin açılması təmin olunub
16.05.2023
Mayın 16-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 2,3 kiloqrama yaxın marixuana, həmçinin 220 ədəd güclü təsiredici xassəyə malik həb olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.Kəlfəliyev saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Kəlfəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Mercedes” və “Hyundai” markalı iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abbasov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində “Mercedes” və “Hyundai” markalı iki avtomobildən yan güzgü, pul, içərisində sənədlər və bank kartları olan çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən E.Rəhimov saxlanılıb
Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus “QAZ-31” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb
Mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30.000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində bir avtomobildən bank kartını oğurlamaqda və hesabdan pul çıxarmaqda şübhəli bilinən Gəncə sakini Ə.Həsənov saxlanılıb
Gəncə şəhəri ərazisində “Toyota” markalı bir avtomobildən bank kartının oğurlanması və hesabından 408 manatın çıxarılması barədə polisə məlumat daxil olub.Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə sakini Ə.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.