Şahbuz rayon sakinləri Ə.Yolçuyevdən və Y.Məhərrəmovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
05.06.2023Naxçıvan MR DİN Hava Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahbuz rayon sakinləri Ə.Yolçuyevdən və Y.Məhərrəmovdan qanunsuz saxladıqları 2 ədəd markası və nömrəsi silinmiş ov tüfəngi götürülüb. Araşdırma aparılır.