DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu polisi həftəsonu Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirib 

05.06.2023

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yertişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.
Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik madddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Bu şəxsin üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.
Qeyd edək ki, may ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 75 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir
Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

Youtube linki - https://www.youtube.com/watch?v=6Xsy8eh8p5I

 

05.06.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub 05.06.2023
  • Bakı-Quba yolunda yerləşən postda etibarnaməsiz, sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altından avtomobil idarə edən sürücü Ş.Mustafayev saxlanılıb 05.06.2023
  • Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevə qarşı quldurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini M.Abdullayev saxlanılıb 05.06.2023
  • Sumqayıt şəhəri ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Xəlilov həmin avtomobili idarə edərkən saxlanılıb 05.06.2023
  • Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Ağayev saxlanılıb 05.06.2023
  • Nəsimi rayonunu H.Seyidzadə küçəsindən motosikleti qaçırmaqda şübhəli bilinən P.Qasımov Sumqayıt şəhəri ərazisində motosikletlə birgə saxlanılıb 05.06.2023
  • Nəsimi rayonu ərazisində “İsuzu” markalı bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Y.Nəsirov saxlanılıb 05.06.2023
  • Nizami rayonu ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən S.Məmmədov saxlanılıb 05.06.2023
  • Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini K.Qarayev saxlanılıb 05.06.2023
  • Şahbuz rayon sakinləri Ə.Yolçuyevdən və Y.Məhərrəmovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb 05.06.2023
  • Şəmkir şəhər sakinləri A.Məmmədovdan və M.Sadıqovdan ov tüfəngləri götürülüb 05.06.2023
  • Səbail rayonunun Yeni Salyan yolu küçəsində “Hyundai” markalı avtomobil aşıb 05.06.2023
  • Sabunçu polisi həftəsonu Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirib  05.06.2023
  • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtın Nizami rayonunda əməliyyat keçirib 05.06.2023