Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qax rayonu ərazisində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub
18.05.2023
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Mayın 18-də Qax rayonu ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Ləkit kənd bələdiyyəsinin sədri A.Sədrikazımov, Güllük kənd bələdiyyəsinin sədri F.Qumasov və Qum kənd bələdiyyəsinin sədri S.Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Binə qəsəbəsinin Atçılıq massivindəki və Buzovna qəsəbəsindəki iki evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən K.Manaflı saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi Atçılıq massivindəki bir evdən pul və 4700 manat dəyərində qızıl-zinət əşyaları, Buzovna qəsəbəsindəki digər bir evdən isə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Manaflı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhərindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən M.Cəfərov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində "Toyota" markalı avtomobillə Şamaxı rayon sakini V.Rüstəmov vurulub
Mayın 18-də saat 3 radələrində Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində Şamaxı rayon sakini M.Kamilov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi V.Rüstəmovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması təmin olunub
17.05.2023
Mayın 17-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 16,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,3 kiloqramdan artıq heroin, 10 kiloqramdan çox marixuana, həmçinin 245 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının mayın 17-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ə.Məsumzadə saxlanılıb
Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Məsumzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20.000 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nağıyev saxlanılıb
Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini A.Nağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Beyləqan rayonunun Baharabad qəsəbə sakinləri İ.Bəkirovdan və Ə.Arifovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Baharabad qəsəbə sakinləri İ.Bəkirovdan və Ə.Arifovdan qanunsuz saxladıqları 2 ədəd “İJ” markalı ov tüfəngləri götürülüb.