Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Vətəndaşa məxsus çantadan 2600 manat oğurlamaqda şübhəli bilinən N.Qurbanova saxlanılıb
08.11.2023
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də vətəndaşa məxsus çantadan 2600 manat oğurlamaqda şübhəli bilinən N.Qurbanova müəyyən olunaraq saxlanılıb.
Vətəndaşa məxsus bank kartından 3770 manat pulu oğurlamaqda şübhəli bilinən V.Nəsibov və oğlu S.Nəsibov müəyyən olunaraq saxlanılıblar
Vətəndaşa məxsus bank kartından 3770 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş V.Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş S.Nəsibov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi və tapılması ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 8-də polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında 3 ov tüfəngi təhvil götürüb, həmçinin 1 ov tüfənginin tapılması təmin edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 4 vətəndaşdan 4 ov tüfəngi və 40 ədəd patron aşkar edilərək götürülüb.
07.11.2023
Noyabrın 7-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ov tüfəngi, 3 qumbara, 12 ədəd müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil götürülüb, həmçinin 3 ov tüfənginin tapılması təmin edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə ayrı-ayrı vətəndaşlardan 6 ov tüfəngi aşkar edilərək götürülüb.
İçərisində bank kartları və mobil telefon olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Məmmədov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da içərisində bank kartları və 500 manat dəyərində mobil telefon olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Məmmədov müəyyən edilərək saxlanılıb.
Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin damından elektrik naqili oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Əhmədov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki yaşayış binalarından birinin damından 2550 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən paytaxt sakini əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş E.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Füzuli rayonu ərazisindəki 1 mağaza və 1 avtoyuma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən H.Atakişiyev və M.Qayıblı saxlanılıblar
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 1 mağaza və 1 avtoyuma məntəqəsindən 300 manat pul, 300 manat dəyərində tütün məmulatı, enerji içkiləri, danışıq kartları və 2200 manat dəyərində aparat oğurlamaqda şübhəli bilinən Seyidəhmədli kənd sakini H.Atakişiyev və Yuxarı Kürdmahmudlu kənd sakini M.Qayıblı müəyyən edilərək saxlanılıblar.
Nizami rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən daha bir nəfər müəyyən edilib. Nəticədə əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törtəməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. S.Mustafayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı Polis Şöbəsində arşadırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
06.11.2023
Noyabrın 6-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd “PK” markalı avtomat, 2 tapança, 8 ov tüfəngi, 102 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.