Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
02.11.2023
Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd “AK” markalı avtomat, 4 ədəd qumbara, 4 ədəd qumbara alışdırıcısı, 186 ədəd müxtəlif çaplı patron və 12 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Dövlət qeydiyyat nişanları olmadan idarə edilən avtomobil saxlanılıb, sürücüsündən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb
Noyabrın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanları olmayan “Mercedes” markalı avtomobilə saxla işarəsi verilib, lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq hadisə yerindən yayınıb. Görülmüş tədbirlərlə avtomobil saxlanılıb, sürücünün Beyləqan şəhər sakini İ.Fətiyev olması məlum olub. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan dövlət qeydiyyat nişanı və qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
Binəqədi rayonu ərazisində yerləşən musiqi alətləri mağazasından oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılıb
Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib. Onun Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub. Araşdırma aparılır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini X.Behbudov saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürdəxanı qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş X.Behbudov saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda Kürdəxanı və Pirşağı qəsəbələri ərazisində 4 evdən ümumilikdə 5600 manat dəyərində məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.
Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Tağıyev saxlanılıb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbəsindəki evlərin birindən 3100 manat dəyərində velosiped, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabirabad rayon sakini D.Həsənovun yaşadığı evdən narkotik vasitələr aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş D.Həsənovun yaşadığı evə baxış zamanı oradan 678 qram marixuana, 18 qram heroin, tiryək və 12 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbə sakini EMusayevin və Bilgəh qəsəbə sakini T.İmanovun yaşadıqları evlərdən qanunsuz saxladıqları silah-sursat götürülüb
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş EMusayevin yaşadığı evə baxış zamanı qanunsuz saxladığı 1 ədəd “Churchill Vinçestr” markalı silah və 14 ədəd patron, Bilgəh qəsəbə sakini T.İmanovun yaşadığı evə baxış zamanı isə qanunsuz saxladığı ov tüfəngi və kustar üsula hazırlanmış 35 ədəd qırma patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Astara rayonunun Pəlikeş kənd sakini A.Həsənovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Pəlikeş kənd sakini A.Həsənovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Şəmkir rayon sakinləri M.Məmmədov, Ə.Həbibov və R.Hüseynovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zəyəm Cırdaxan kənd sakini M.Məmmədovun yaşadığı evə baxış zamanı qanunsuz saxladığı “İJ”, Vurğun kənd sakini Ə.Həbibovdan və Qapanlı kənd sakini R.Hüseynovdan qanunsuz saxladıqları 2 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.