Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir həyətyanı sahədən avtomobil ehtiyat hissəsi və iki ədəd su qızdırıcısı oğurlamaqda şübhəli bilinən F.Əliyev saxlanılıb
12.11.2023
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Biləcəri qəsəbəsində bir həyətyanı sahədən 500 manat dəyərində avtomobil ehtiyat hissəsi və 2 ədəd su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş F.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində 2 avtomobildən akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən K.Məmmədov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində 2 avtomobildən akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Lənkəran rayonunun Velədi kənd sakini R.Nəcəfovdan heroin götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində saxlanılan Velədi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş R.Nəcəfovdan heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun rayon ərazisində bir evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları və televizor oğurlaması da müəyyən olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
11.11.2023
Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu qəsəbəsi ərazisində bir nəfərin pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənli saxlanılıb
Noyabrın 9-da Sabunçu qəsəbəsi ərazisində bir nəfərin pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Həsənli Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qusar şəhəri ərazisində yerləşən bazarda satıcılardan birinə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən qadın saxlanılıb
Qusar şəhəri ərazisində yerləşən bazarda satıcılardan birinə 1 ədəd 100 manatlıq saxta əskinas verilməsi barədə polisə məlumat daxil olub. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun noyabrın 5-də də həmin satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verməsi müəyyən olunub.
Şirvan şəhər sakini E.Məmmədovdan metamfetamin və marixuana aşkar olunaraq götürülüb
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şirvan şəhər sakini E.Məmmədovdan 214 qram metamfetamin və 205 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
10.11.2023
Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 patron darağı, 33 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Kuznetsov müəyyən olunaraq saxlanılıb
Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən bir anbardan 18340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kuznetsov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.