Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb
06.11.2023
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 6-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində bir yeniyetməyə qarşı quldurluq etməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 6-da 2-ci Alatava yaşayış sahəsində bir yeniyetmənin pulunu və elektron saatını quldurluq yolu ilə talamaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Balayev saxlanılıb
Noyabrın 5-də Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadının içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının soyğunçuluq yolu ilə talanması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş R.Balayev saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Albalılıq yaşayış sahəsində yaşadığı evi yandırmaqda şübhəli bilinən Y.Rəcəbov saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-da saat 20 radələrində Maştağa qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşadığı evi yandırmaqda şübhəli bilinən Y.Rəcəbov saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Əzimov və F.Əsgərova saxlanılıblar
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 3-də Pirşağı qəsəbəsindəki evlərin birindən 7250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini olan qadının сüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Əliyeva saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən noyabrın 5-də mağazaların birində Bakı şəhər sakini olan qadının içərisində pulu və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Əliyeva saxlanılıb. Araşdırmalarla onun oğurluğa görə axtarışda olması, həmçinin noyabrın 4-də gözəllik salonlarının birində daha bir qadının çantasından 600 manat və 300 ABŞ dolları oğurlaması da müəyyən olunub.
“İnstagram”da narkokuryerliyə cəlb edildikləri üçün saxlanılan daha 3 nəfərdən 6 kiloqram heroin aşkar edilib
Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Azad Əliyev, 1996-cı il təvəllüdlü Seymur Məmmədov və 1998-ci il təvəllüdlü Ümid Musayev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib. Araşdırmalarla müəyyən edilib ki, A.Əliyev, S.Məmmədov və Ü.Musayev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə “instagram” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul ediblər. Faktlarla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
05.11.2023
Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd “AK” markalı avtomat, 2 patron darağı, 1 ədəd qumbara, 3 ədəd təlim qumbara alışdırıcısı, 286 ədəd müxtəlif çaplı patron və 25 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Şirvan şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən P.İbayev saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2266 manat pulu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini P.İbayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.