Neftçala rayon sakini A.Məmmədovdan silah-sursat və heroin aşkar olunaraq götürülüb
27.01.2024Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.
Ondan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 27 ədəd patron, həmçinin 120 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.