Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən avtomobili qaçırmaqda şübhəli bilinən B.Bəşirov avtomobillə saxlanılıb
24.12.2023
Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Kia” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş B.Bəşirov dekabrın 24-də gecə saatlarında Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.Araşdırma aparılır.
Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarının oğurlanmas barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini A.Qəhrəmanov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
23.12.2023
Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində iki mağazadan və bir gözəllik salonundan pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 9-na keçən gecə Mərdəkan qəsəbəsi ərazisində iki mağazadan və bir gözəllik salonundan ümumilikdə 1765 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən A.Ələkbərov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 700 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Ələkbərov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhəri və Masazır qəsəbələri ərazisində üç avtomobildən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Xırdalan şəhəri və Masazır qəsəbələri ərazisində “Toyota”, “Ford” və “QAZ-31” markalı avtomobillərdən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Yusifov, S.Əliyev, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar Yevlax rayon sakini M.Atakişiyev və Bakı şəhər sakini Ə.Mövsümov saxlanılıblar.Araşdırma aparılır.
Sabirabad rayonunun Zalqarağac kəndində bir həyətyanı sahədən 2 baş inək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 20-nə keçən gecə Zalqarağac kəndində bir həyətyanı sahədən 2 baş inək oğurlamaqda şübhəli bilinən kənd sakinləri E.Əsədli və F.Bayramov saxlanılıblar.
Təbiəti mühafizə və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlərl davam etdirilir
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən təbiəti mühafizə və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlərlə dekabrın 22-də Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində “Kamaz” markalı yük avtomobili ilə qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxurların daşınması aşkar edilib.
Abşeron rayonunda ötən gün keçirilən tədbirlər zamanı 4 odlu silah aşkar edilib, vətəndaşlar tərəfindən 13 silah könüllü polisə təhvil verilib, qanunsuz dövriyyədən 7 kiloqram narkotik vasitə çıxarılıb
Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Qobu, Mehdiabad və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib. Tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar – Novxanı qəsəbəsi sakini Saleh Ağayevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 8 ədəd patron, 1 ədəd daraq, Mehdiabad qəsəbəsi sakini Pünhan Nəbiyevdən “Makarov” tapançası, 5 ədəd patron, 1 ədəd daraq, Qobu qəsəbəsi sakini Ramin Rzayevdən “TT” markalı tapança, 2 ədəd patron və daraq, Xırdalan şəhər sakini Elvin Abdullayevdən isə “AK-74” avtomatı, 15 ədəd patron, eləcə də daraq aşkar olunaraq götürülüb.Həmçinin, Abşeron rayonunda vətəndaşlar arasında aparılan profilaktik söhbətlərlə 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Abşeron RPİ-nin və Mehdiabad PB əməkdaşları tərəfindən tədbirlərin davamı olaraq əvvəllər məhkum olunmuş Əziz Qəmbərovdan 5 kiloqramdan artıq heroin, Qobu PB əməkdaşları tərəfindən isə qəsəbə sakini Azər Məmmədovdan 2 kiloqrama yaxın marixuana aşkar olunub. Digər tədbirlərlə rayon ərazisində oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 4 nəfər saxlanılıb, “isti izlərlə” 45 cinayətin açılması təmin olunub. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 30, xırda xuliqanlığa və xırda talamaya görə 94 fakt aşkarlanıb, mülki axtarışda olan 51 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 78, spirtli içki qəbul edərək sükan arxasında əyləşən, avtoxuliqanlıq edən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 18, dayanma-durma qaydalarını pozan 228 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 94 cinayətin açılması təmin olunub
22.12.2023
Dekabrın 22-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.