Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Samux rayonunun Qarağaclı kənd sakini E.Eyyubovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
04.11.2023
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qarağaclı kənd sakini E.Eyyubovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Profilaktik və əməliyyat tədbirləri zamanı Binə qəsəbəsində 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng, 2 ədəd qumbara və 25 ədəd patron aşkar edilib
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.Bundan başqa həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib.Şöbə əməkdaşları tərəfindən həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.Araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
03.11.2023
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsini oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini N.Fərəcov saxlanılıb
Noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş N.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Axtarışda olan Bakı şəhər sakini İ.Nağıyev saxlanılıb
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərlə əlaqəli cinayətdə şübhəli bilindiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Nağıyev saxlanılıb. Ondan 480 qram marixuana aşkar olunaraq götürülüb.
Nəsimi rayonu ərazisindəki iki mağazadan oğurluq etməkdə şübhəli bilinən V.Hacıbəyov və F.Allahverdiyev saxlanılıblar
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 4 ədəd noutbuk, digər mağazadan isə oradakı işçinin 1300 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini V.Hacıbəyov və Ucar rayon sakini F.Allahverdiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən S.Abdullayev və qardaşı O.Abdullayev saxlanılıblar
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri S.Abdullayev və qardaşı O.Abdullayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Paytaxt sakini olan bir qızın mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Q.Mirzəyev saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də paytaxt sakini olan bir qızın mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Mirzəyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalarla onun oktyabrın 29-da Yasamal rayonu ərazisində bir nəfərin 2300 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.
Nizami rayonu ərazisindəki marketlərin birində paytaxt sakini M.Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən E.İsgəndərov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birində paytaxt sakini M.Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Keçili kənd sakini R.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Keçili kənd sakini R.Məmmədovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.