Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Lənkəran rayon sakini A.Canizadədən metamfetamin və tiryək aşkar olunaraq götürülüb
05.11.2023
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran rayon sakini A.Canizadədən 47 qramdan artıq metamfetamin və 149 qrama yaxın tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
04.11.2023
Noyabrın 4-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərə kəsici-deşici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Kərimov saxlanılıb
Oktyabrın 30-da səhər saatlarında Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü M.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən zavodun anbarından naqil oğurlamaqda şübhəli bilinən M.Tarıverdiyev saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 31-də Biləcəri qəsəbəsi ərazisində yerləşən zavodun anbarından 3000 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Tarıverdiyev saxlanılıb. Araşdırma aparılır.
Astara rayonunun Ərçivan qəsəbə sakini İ.Ağayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərçivan qəsəbə sakini İ.Ağayevdən qanunsuz saxladığı “Tolka” markalı ov tüfəngi götürülüb.
Şəmkir rayonunun Kür qəsəbə sakini N.Abididən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kür qəsəbə sakini N.Abididən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Şəmkir rayonunun Təzəkənd kənd sakini Ə.Səmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təzəkənd kənd sakini Ə.Səmədovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Neftçala rayonunun Mayak-1 kənd sakini A.Mənəfovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mayak-1 kənd sakini A.Mənəfovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb.
Hacıqabul şəhər sakinləri S.Səfərovdan və İ.Vəliyevdən qanunsuz saxladıqları 2 ov tüfəngi götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakinləri S.Səfərovdan və İ.Vəliyevdən qanunsuz saxladıqları “İJ” və “TOZ” markalı 2 ov tüfəngi götürülüb.
Sabirabad rayonunun Ulacalı kənd sakini G.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ulacalı kənd sakini G.Əliyevdən qanunsuz saxladığı “BUM” markalı ov tüfəngi götürülüb.