Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobilin sürücüsünə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov saxlanılıb
13.11.2023
Noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan cüzdanını talaması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Məmmədov müəyyən olunaraq saxlanılıb. Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən X.Cahangirov və A.Məmmədov saxlanılıblar
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə noyabrın 12-də saat 23 radələrində Bakı şəhər sakini olan bir nəfərin üzlüyündə bank kartı olan mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini X.Cahangirov və Şərur rayon sakini A.Məmmədov saxlanılıblar. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbə sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sahil qəsəbə sakini olan bir nəfərin bank kartından hesabındakı 325 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 5000 manat pul və mobil telefonun oğurlamaqda şübhəli bilinən C.Hüseynov saxlanılıb
Noyabrın 10-da saat 22 radələrində Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 5000 manat pul və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş C.Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə saxlanılıblar
Noyabrın 13-də saat 15 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov və qardaşı X.Hüseynov Nərimanov rayonu ərazisində avtomobillə saxlanılıblar.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub
12.11.2023
Noyabrın 12 -də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.
Yasamal rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini A.Qurbanov saxlanılıb
Yasamal rayonu ərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb.Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon ərazisində digər mənzildən pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Ə.Əliyev saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən E.Mehrəliyev saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mehrəliyev saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Nizami rayonu ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə saxlanılıb
Noyabrın 11-də saat 20 radələrində Nizami rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə müəyyən olunaraq saxlanılıb. Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.