Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
14.11.2023
Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd avtomat, 1 tapança, 13 qumbara, 7 qumbara alışdırıcısı, 17 patron darağı, 877 ədəd müxtəlif çaplı patron, 10 ədəd müxtəlif markalı ov tüfəngi və 4 ədəd süngü-bıçaq təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi və 49 ədəd patron aşkar edilərək götürülüb.
Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən N.Cavadov və M.Məcidov saxlanılıblar
Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini N.Cavadov və Ağdaş rayon sakini M.Məcidov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən lazer aparatlarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 13-nə keçən gecə Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 20.000 manat dəyərində 2 ədəd lazer aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Bayramov və V.Hacıbəyov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi Ləhiş bağlar sahəsindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Behbudov saxlanılıb
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi Ləhiş bağlar sahəsindəki evlərin birindən 1300 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.Behbudov 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Quba rayon sakini olan qadının bank kartından pulunu oğurlamaqda şübhəli bilinən A.Səmədov müəyyən olunaraq saxlanılıb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini olan qadının bank kartından hesabındakı 328 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Səmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bərdə rayonunun Əliyanlı kəndində yerləşən mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən V.Yadigarov saxlanılıb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 5-də Əliyanlı kəndində yerləşən mağazaların birindən 6000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini V.Yadigarov saxlanılıb. Araşdırma aparılır.
Salyan şəhər sakini A.Əsgərovdan heroin, metamfetamin və marixuana götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində saxlanılan şəhər sakini A.Əsgərovdan heroin, metamfetamin və 430 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
13.11.2023
Noyabrın 13-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 10 ədəd müxtəlif markalı ov tüfəngi, 2 patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə 5 ov tüfəngi aşkar edilərək götürülüb.