Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində 3 baş inək oğurlamaqda şübhəli bilinən A.Həsənəliyev saxlanılıb
16.11.2023
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 14-də Nic qəsəbəsi ərazisində 3 baş inək oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Arif Həsənəliyev saxlanılıb. Araşdırma aparılır.
Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıblar
Paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir
Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşı olan 12 nəfər saxlanılıb
Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 12 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb.Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
15.11.2023
Noyabrın 15-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 15-də respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı ov tüfəngi polisə təhvil verilib. Keçirilən əməliyyat tədbirləri ilə 8 ov tüfəngi isə aşkar edilərək götürülüb.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin sürücünə qarşı quldurluq etməkdə şübhəli bilinən T.Xəlilov və S.Məmmədov saxlanılıblar
Noyabrın 15-də səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə 2 nəfərin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talamaları barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş T.Xəlilov və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzindəki mağazada bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən Ə.Məmmədov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən ticarət mərkəzində mağazada bir nəfərin içərisində 250 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda həmin ticarət mərkəzindəki mağazalarda daha 3 nəfərin içərisində ümumilikdə 1100 manatdan çox pul və sənəd olan cüzdanlarını oğurlaması da müəyyən olunub.
Nərimanov rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən S.Xələfov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində noyabrın 11-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin içərisində 2500 manatı, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Xələfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən bir yardımçı təsərrüfatdan 5 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində noyabrın 5-nə keçən gecə Novxanı kəndi ərazisində yerləşən bir yardımçı təsərrüfatdan 5 baş qoyun oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Laçın rayon sakini B.Allahverdiyev və Bakı şəhər sakini E.İsmayılov saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini İ.Baxşıyevdən marixuana aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Baxşıyev saxlanılıb. Ondan 415 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.