Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri N.Məmmədov və E.Məmmədov müəyyən olunaraq saxlanılıblar
10.11.2023
Oktyabrın 31-də Nəsimi rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş N.Məmmədov və E.Məmmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini B.Abdullayev müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 8-də rayon ərazisindəki mənzillərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
09.11.2023
Noyabrın 9-da ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Əsədov müəyyən olunaraq saxlanılıb
Noyabrın 9-da saat 17 radələrində Xətai rayonu ərazisində bir nəfərin kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Əsədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bank kartlarından hesablarından ümumilikdə 1482 manat pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini C.Əsgərov müəyyən olunaraq saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda 3 nəfərin bc. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 4-də Maştağa qəsəbəsində bir evin həyətindən 3000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini C.Məmmədovdan odlu silah, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub
Nizami rayonu ərazisindəki mağazaların birindən 1050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş C.Məmmədov saxlanılıb, ondan 1 ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.
Bakı şəhər sakini V.Baxşıyevdən narkotik vasitələr aşkar edilərək götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini V.Baxşıyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 17 qrama yaxın metamfetamin, 32 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə 90 qramdan çox metamfetamin, 635 qram marixuana və 1 ədəd tapança aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Suraxanı rayon sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən X.Həsənov saxlanılıb
08.11.2023
Noyabrın 8-də saat 20 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində rayon sakininin 447 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini X.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxt sakinini videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib pulunu almaqda şübhəli bilinən N.Rəcəbov saxlanılıb
Noyabrın 8-də paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini N.Rəcəbov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.