Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
31.10.2023
Oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Profilaktik tədbirlər nəticə verir — odlu silahlar və partlayıcılar könüllü təhvil verilir
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Babək rayon sakini 1 ədəd “AK-74” markalı avtomat silahı, 131 ədəd patron və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə, Şəmkir rayon sakini olan iki nəfər isə qanunsuz saxladıqları “İJ” və “TOZ-63” markalı tüfəngləri könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriblər.
Səbail rayonu ərazisindən R.Ağayevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən T.Quliyev saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 11-də rayon ərazisindən R.Ağayevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Telman Quliyev saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərdən birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Nəsirov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 30-da Lökbatan qəsəbəsində evlərdən birinin həyətindən 1450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini E.Nəsirov saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən R.Elməliyev və S.Volovin saxlanılıblar
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 1300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Elməliyev və S.Volovin saxlanılıblar. Araşdırma aparılır.
Abşeron rayonunun Novxanı kəndindəki evlərdən birinin həyətindən inşaat materialları oğurlamaqda şübhəli bilinən N.Hüseynov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kəndindəki evlərdən birinin həyətindən 8500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən kənd sakini N.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisindəki apteklərin birindən oğurluq etməkdə şübhəli bilinən Z.Məmmədov saxlanılıb
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 31-nə keçən gecə Yeni Gəncə qəsəbəsi ərazisində apteklərin birindən 1120 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Lerik rayonunun Qışlaq kənd sakini H.Abbasovdan və Conu kənd sakini F.Cabbarovdan qanunsuz saxladıqları 2 ov tüfəngi götürülüb
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qışlaq kənd sakini H.Abbasovdan və Conu kənd sakini F.Cabbarovdan qanunsuz saxladıqları “TOZ” və “İJ”markalı 2 ov tüfəngi aşkar olunaraq götürülüb.
Gədəbəy rayonunun Zəhmət kənd sakini C.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zəhmət kənd sakini C.Məmmədovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Neftçala rayonunun Xolqarabucaq kənd sakini R.Həsənovdan və şəhər sakini A.Quliyevdən qanunsuz saxladıqları 2 ov tüfəngi götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xolqarabucaq kənd sakini R.Həsənovdan və şəhər sakini A.Quliyevdən qanunsuz saxladıqları “TOZ-57” markalı 2 ov tüfəngi götürülüb.