Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini S.Qurbanov avtomobillə saxlanılıb
27.01.2024Yanvarın 27-nə keçən gecə H.Z.Tağıyev qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini S.Qurbanov avtomobillə saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.