Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdam rayonunun Evoğlu kəndi ərazisində “VAZ-21074” markalı avtomobil aşıb
18.06.2022
İyunun 18-də saat 22 radələrində Ağdam rayonunun Evoğlu kəndi ərazisində kənd sakini Elşad Hüseynov idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
17.06.2022
İyunun 17-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis vətəndaşın həyatını xilas etdi
İyunun 17-də saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib. Hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutub və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas edib.Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri alan polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Binəqədi rayonu ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən X.Mirmövsümov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Saipa” markalı bir avtomobildən 455 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini X.Mirmövsümov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Yevlax rayonunun Qaroğlan kəndi ərazisində kənd sakini Y.Məmmədovun yetişdirdiyi çətənə kolları götürülüb
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaroğlan kəndi ərazisində kənd sakini Y.Məmmədovun kultivasiya yolu ilə yetişdirdiyi 39 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Kürdəmir rayonunun Ərşəli kəndi ərazisində “Ford Transit” markalı avtomobillə Sığırlı kənd sakini Q.Qarayev vurulub
İyunun 17-də saat 23 radələrində Kürdəmir rayonunun Ərşəli kəndi ərazisində Ağdaş rayon sakini M.Nəbiyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən Sığırlı kənd sakini Qismət Qarayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin açılması təmin olunub
16.06.2022
İyunun 16 -da ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini N.Əsgərovun bank hesabından 670 manatını oğurlamaqda şübhəli bilinən N.Əzizli saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Əsgərovun bank hesabından 670 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Əzizli müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində 4 evdən oğurluq törətməkdə şübhəli bilinın Yevlax rayon sakini E.Alıyev saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 4 evdən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinın Yevlax rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Alıyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər sakini C.Bağırovun həyətindən 54 ədəd çətənə kolu götürülüb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş C.Bağırovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 54 ədəd çətənə kolu aşkar edilərək götürülüb.