Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xırdalan şəhər sakini İ.İbadovu öldürməkdə şübhəli bilinən atası E.İbadov tutularaq istintaqa təhvil verilib
19.06.2022
Abşeron Rayon Polis İdarəsinə iyunun 19-da saat 22 radələrində Xırdalan şəhərindəki evlərin birində şəhər sakini, 35 yaşlı İlkin İbadovun öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla atası E.İbadovun yaşadıqları evdə münaqişə zəminində oğluna bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.E.İbadov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində “Toyota” və “MAN” markalı avtomobillər toqquşub
İyunun 19-da saat 10 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Qazax rayon sakini Fərid Nəsibovun idarə etdiyi “Toyota” və Şəki rayon sakini Z.Əhmədovun idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə F.Nəsibov və sərnişini Ucar rayon sakini Yusif Məmmədli hadisə yerində ölüb, digər sərnişini, Xaçmaz rayon sakini X.Baydaşev xəstəxanaya yerləşdirilib. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində “Opel” və “KamAZ” markalı avtomobillər toqquşub
İyunun 19-da saat 22 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Pirəkəşkül kənd sakini Babək Məmmədovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə B.Məmmədov və sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Binəqədi rayonunun Azadlıq prospektində “Mercedes” markalı avtomobillə Lənkəran rayon sakini E.Abasov vurulub
İyunun 19-da saat 22 radələrində Binəqədi rayonu Azadlıq prospektində Gəncə şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Elvar Abasovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində “KİA” markalı avtomobillə şəhər sakini H.Babazadə vurulub
İyunun 19-da saat 22 radələrində Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini E.Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Hüseyn Babazadəni vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisindən “Ford Tranzit” markalı avtomobili qaçıraraq Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi törədən paytaxt sakini H.Əliyev saxlanılıb
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə iyunun 18-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini V.Allahverdiyevə məxsus “Ford Tranzit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin paytaxt sakini H.Əliyev tərəfindən qaçırılması, Bakıxanov qəsəbəsində “Toyota” və “Chevrolet” markalı avtomobilləri vuraraq aşırması, xəsarət alan olmaması müəyyən edilib.Görülmüş tədbirlərlə H.Əliyev saxlanılıb.Sabunçu RPİ-də araşdırma aparılır.
Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakini Y.Dadaşovdan hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Musazadə saxlanılıb
Salyan Rayon Polis Şöbəsinə iyunun 17-də Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakini Y.Dadaşovdan hədələnərək 1000 manat pul tələb olunması, 450 manatının alınması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Musazadə müəyyən edilib və idarə etdiyi “Khazar” markalı avtomobillə birgə Şirvan şəhəri ərazisində saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayon sakini V.Xudabaxşıyevin Maştağa qəsəbəsindəki həyətindən 22 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Xudabaxşıyevin Maştağa qəsəbəsindəki həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan A.Ağamovun həyətindən 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş A.Ağamovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Quldurluq törətməkdə şübhəli bilinən R.Abdullayev və Ə.Abdinov saxlanılıblar
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə iyunun 15-də S.Əsgərova küçəsində Ucar rayon sakini E.Hüseynovun bıçaqla hədələnib içərisində pul, mobil telefon və əşyaları olan çantasının talanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini R.Abdullayev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Abdinov saxlanılıblar.Araşdırma aparılır.