Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
970 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev saxlanılıb
21.06.2022
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Suraxanı qəsəbəsi ərazisindəki körpünün üzərindəki dirəklərdən 970 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Babayev saxlanılıb.
Masallı rayon sakini A.Fəttayevin evindən narkotik vasitələr və elektron tərəzi götürülüb
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş A.Fəttayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.Davam etdirilən tədbirlərlə onun evindən isə 10 qramdan artıq heroin, 71 qramdan artıq marixuana, 9 qrama yaxın metamfetamin, 14 ədəd metadon həbi və elektron tərəzi götürülüb.
Qobustan rayonunun Xilmilli kəndi ərazisində xuliqanlıq zəminində kənd sakini S.Qardaşəliyevə ov tüfəngindən yüngül xəsarət yetirən həmkəndlisi İ.Yusibov saxlanılıb
İyunun 21-də Qobustan rayonunun Xilmilli kəndi ərazisində kənd sakini İ.Yusibov sərxoş vəziyyətdə xuliqanlıq zəminində həmkəndlisi S.Qardaşəliyevin istiqamətində ov tüfəngindən atəş açaraq ona yüngül xəsarət yetirib.Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Yusibov saxlanılıb, ondan müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürülüb.
Axtarışda olan L.Zeynalova saxlanılıb
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan L.Zeynalova saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari ilin aprel-may ayları ərzində Velədi kəndində 17 nəfəri aldadaraq onlardan ümumilikdə 15900 manat pul alması da müəyyən olunub.
Quba rayonunun Aşağı Atuc kənd sakini M.Sultanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Atuc kənd sakini M.Sultanovdan qanunsuz saxladığı nömrəsi və markası silinmiş ov tüfəngi götürülüb.
Balakən rayonunun Kortala kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Balakən RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kortala kəndi ərazisində yabanı halda bitmiş 4 ton 200 kiloqram çəkidə 6380 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xanagah kəndi yaxınlığında yabanı halda bitmiş 1 ton 295 kiloqram çəkidə 1850 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Ağdaş rayonunun Mürsəl kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mürsəl kəndi ərazisində yabanı halda bitmiş 1 ton 330 kiloqram çəkidə 1663 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Sabirabad rayon sakini Ə.Həsənovun qız nəvəsini qaçıran Bakı şəhər sakini R.Mirzəyev və qaçırılan qız saxlanılaraq Sabirabad RPŞ-yə təhvil veriliblər
İyunun 21-də Sabirabad rayonunun Suqovuşan kənd sakini Ə.Həsənov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün saat 17 radələrində qız nəvəsinin naməlum şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırılmasını bildirib.Həmin gün saat 21 radələrində rayonun Nərimankənd kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü İ.İsmayılov yol polisinin əməkdaşlarına yaxınlaşıb avtomobilində olan 2 sərnişinin özlərini şübhəli aparmalarını bildirib. Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakini R.Mirzəyev və qaçırılan qız olması müəyyən olunub və onlar saxlanılaraq Sabirabad RPŞ-yə təhvil veriliblər.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-sinin açılması təmin olunub
20.06.2022
İyunun 20-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-inin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.