Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nin açılması təmin olunub
13.06.2022
İyunun 13-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 3-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki mağazaların birindən 2950 manat dəyərində noutbuku oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini N.Əliyev saxlanılıb
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsindəki mağazaların birindən 2950 manat dəyərində noutbukun oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Şabran rayon sakini E.Salmanovun pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-də Şabran rayon sakini E.Salmanovun 900 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini K.Həsənov və Bakı şəhər sakini P.Abdullayeva müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Mingəçevir şəhər sakini A.Həmidovdan 451 qramdan artıq marixuana aşkar edilərək götürülüb
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həmidovdan 451 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Nizami rayonu ərazisində 2 avtomobildən 40.000 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən R.Şabanov saxlanılıb
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Zaqatala rayonunun Əliabad qəsəbəsində “VAZ-21063” və “Ford” markalı avtomobillər toqquşub
İyunun 12-də saat 7 radələrində Zaqatala rayonunun Əliabad qəsəbəsində rayon sakinləri M.Bədirovun idarə etdiyi “VAZ-21063” və Ş.Əmircanovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə M.Bədirov və sərnişini Elçin Bədirov xəsarətlə xəstəxanaya yerləşdiriliblər. E.Bədirov iyunun 13-də orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Yasamal rayonunun M.Xiyabani küçəsində “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini A.Səlimov vurulub
İyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Narkotik vasitələrin satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı əməliyyatlar keçirib
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı Əli Abbaslı, tanışı Ələkbər Məmmədov, Aqil Qarayev və Hamlet Vəliyev narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 23 kiloqram narkotik vasitə heroin, marixuana və 1590 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı üzərləində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən Natiq Səfərov və Ceyhun Nuriyev saxlanılıblar. Onlardan 2 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunub. Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Xəzər rayonu Zirə qəsəbəsində narkotacirdən 26 kiloqram çətənə kolu və marixuana aşkar edilib
Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb.Belə ki, Zirə qəsəbəsində yaşayan Anar Süleymanovun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyi barədə İdarəyə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə, eləcə də yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 15 kiloqram olan 53 ədəd çətənə kolu və 11 kiloqram marixuana aşkar edilib. Anar Süleymanov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq etdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Anar Süleymanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 67-nin açılması təmin olunub
12.06.2022
İyunun 12-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 67-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 2-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.