Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
12.06.2022
İyunun 12-də saat 2 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şəki şəhər sakini M.Səmədov idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini Seymur Quluzadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Hyundai” və “Ford” markalı avtomobillər toqquşub
İyunun 12-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini C.İsmayılzadənin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakini E.Quliyevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə C.İsmayılzadə və sərnişini olan anası İqlimə Nəsiri xəstəxanaya yerləşdirilib, qadın orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Göygöl rayonunun Topalhəsənli kəndində “VAZ-21154” markalı avtomobil dərəyə aşıb
İyunun 12-də saat 12 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində Hacıməlik qəsəbə sakini A.Cəfərov idarə etdiyi “VAZ-21154” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini Elvin Verdiyev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəran rayonunun Vilvan kəndində “Nissan” markalı avtomobillə kənd sakini S.Hüseynov vurulub
İyunun 11-də saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndində şəhər sakini İ.Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən kənd sakini Sənan Hüseynovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada iyunun 12-də orada ölüb.Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 58-nin açılması təmin olunub
11.06.2022
İyunun 11-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 58-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qusar rayon sakini E.Mürşüdovun idarə etdiyi avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və marixuana da aşkar edilərək götürülüb
Baş Dövlət Yol Polisi İdarəsi və Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qusar rayon sakini E.Mürşüdovun idarə etdiyi “Mercedes” markalı avtomobil Zarat kəndi ərazisində yerləşən stasionar postda saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və marixuana da aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məzahirli və K.Nağıyev müəyyən edilərək saxlanılıblar
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə iyunun 10-da Buzovna qəsəbəsindəki evlərin birindən 5000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məzahirli və K.Nağıyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini Ə.Nurullayevdən “Kalaşnikov” markalı avtomat silahı, 6 ədəd patron və 1 ədəd patron darağı götürülüb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ə.Nurullayevdən “Kalaşnikov” markalı avtomat silahı, 6 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfi müəyyən edilərək saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 6-da Bakı şəhər sakini Ə.Əliyevin bank hesabından 1080 manatın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfi müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini A.Əhmədovdan 1 kiloqram 307 qram heroin aşkar edilərək götürülüb
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini A.Əhmədovdan 1 kiloqram 307 qram heroin aşkar edilərək götürülüb. Araşdırma aparılır.