Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
19.06.2022
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki mağazaların birindən 2 ədəd bank kartı, 500 manat pul və 200 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri F.Abbasov və əvvəllər məhkum olunmuş R.Xəlilzadə saxlanılıblar.
Şirvan şəhər sakini A.Bədirovun evindən avtomat silahı götürülüb
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Bədirovun evinə baxış zamanı oradan “AK-103” markalı avtomat silahı aşkar edilərək götürülüb.
Goranboy rayonunun Eyvazlılar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eyvazlılar kəndi ərazisində 80 sot sahədə yabanı halda bitmiş 1 ton 480 kiloqram çəkidə 4312 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Qubadlı rayonunun Bəxtiyarlı kəndi ərazisində yabanı halda bitmiş 2 ton 32 kiloqram çəkidə çətənə kolları məhv edilib
Qubadlı RPŞ, DTX-nin Qubadlı rayon şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə Bəxtiyarlı kəndi ərazisində yabanı halda bitmiş 2 ton 32 kiloqram çəkidə 7856 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 42-nin açılması təmin olunub
18.06.2022
İyunun 18-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 42-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 2-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bərdə rayonunda Kürdborakı kənd sakini N.Hüseynov ov tüfəngi ilə həmkəndlisi A.Hüseynovu, sonra isə özünü öldürüb
Bərdə Rayon Polis Şöbəsinə iyunun 18-də saat 13 radələrində Şatırlı kəndi ərazisində Kürdborakı kənd sakini N.Hüseynovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi A.Hüseynovu, sonra isə özünü öldürməsi barədə məlumat daxilı olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən N.Hüseynovun qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.Araşdırma aparılır.
“Şirvanoil” MMC-nin mədən ərazisində olan neft quyusundan 24 metr naqil oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini Ə.Əliyusifli saxlanılıb
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində “Şirvanoil” MMC-nin mədən ərazisində olan neft quyusundan 24 metr naqil oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini Ə.Əliyusifli saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun iyunun 14-də Ağacanlı kəndindəki mədən ərazisində olan 2 neft quyusundan da metal lövhələri oğurlaması müəyyən olunub. Araşdırma aparılır.
Lerik rayonunun Orand kəndi ərazisində 8 hektar sahədə yabanı halda bitən çətənə kolları məhv edilib
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Orand kəndi ərazisində 8 hektar sahədən yabanı halda bitən 5,7 ton çəkidə 15.373 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ucar rayonunun Rəstəcə kənd sakini F.Hüseynovun həyətindən çətənə kolları aşkar edilərək götürülüb
Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Rəstəcə kənd sakini F.Hüseynovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Ağdam rayonunun Xındırıstan kəndi ərazisində “VAZ-21063” və “BMW” markalı avtomobillər toqquşub
İyunun 18-də saat 19 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində Aşur Əliyevin idarə etdiyi “VAZ-21063” və İ.Vəliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Əliyev ölüb, digər sürücünün vəziyyəti qənaətbəxşdir. Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.