Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini T.Babayev müəyyən edilərək saxlanılıb
12.06.2022
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 11-də Bakıxanov qəsəbəsində Bakı şəhər sakin N.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən bir nəfərin onun mobil telefonunu danışmaq adı ilə alıb avtomobildən düşərək qaçması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa və soyğunçuluğa görə məhkum olunmuş T.Babayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini Yusif Əliyevə məxsus avtomobilə baxış zamanı 16 ədəd “Tramadol”, 4 ədəd “Fenazepam” və 2 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 11-də saat 14 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən postda “Nissan” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücü, Bakı şəhər sakini Yusif Əliyevin narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə dəvət olunub. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan 16 ədəd “Tramadol”, 4 ədəd “Fenazepam” və 2 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.Y.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən protokol tərtib edilərək Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.
Oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat pulunun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Ov tüfəngindən açdığı atəşlə A.Şükürova xəsarət yetirməkdə şübhəli bilinən Bərdə rayonunun Kələntərli kənd sakini R.Lətifov müəyyən edilərək saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinə iyunun 12-də Kələntərli kəndində kənd sakini A.Şükürovun odlu silahdan açılmış atəşdən qol nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə A.Şükürova xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Lətifov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilən çətənə koları aşkar edilərək götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mehdili kənd sakini A.Ağayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 113 ədəd çətənə kolu aşkar edilərək götürülüb.Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbə sakini Y.Səfərovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Şirvan şəhər sakini E.Əliyevin evinə baxış zamanı oradan 1 kiloqram 310 qram heroin və elektron tərəzi götürülüb
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 310 qram heroin və elektron tərəzi götürülüb.
Xaricdə istehsal edilmiş tapança, 1 ədəd patron darağı və 14 ədəd patron aşkar edilərək götürülüb
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ş.Məmmədovun evinin həyətinə baxış zamanı oradan xaricdə istehsal edilmiş tapança, 1 ədəd patron darağı və 14 ədəd patron aşkar edilərək götürülüb.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 12-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini C.İsmayılzadənin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakini E.Quliyevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə C.İsmayılzadə və sərnişini olan anası İqlimə Nəsiri xəstəxanaya yerləşdirilib, qadın orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Göygöl rayonunun Topalhəsənli kəndində yol-nəqliyyat hadisəsi
İyunun 12-də saat 12 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində Hacıməlik qəsəbə sakini A.Cəfərov idarə etdiyi “VAZ-21154” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini Elvin Verdiyev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Lənkəran rayonunun Vilvan kənd sakini Sənan Hüseynov yerləşdirildiyi xəstəxanada ölmüşdür
İyunun 11-də saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndində şəhər sakini İ.Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən kənd sakini Sənan Hüseynovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada iyunun 12-də orada ölüb.Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.