Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gədəbəy rayonunun Zəhmətkənd kənd sakini Məsim Pirverdiyevi öldürməkdə şübhəli bilinən M.Bayramov tutularaq istintaqa təhvil verilib
15.06.2022
Gədəbəy Rayon Polis Şöbəsinə iyunun 15-də saat 14 radələrində Zəhmətkənd kəndi ərazisində kənd sakini 59 yaşlı Məsim Pirverdiyevin öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan ilkin araşdırmalarla kənd sakini M.Bayramovun münaqişə zəminində M.Pirverdiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Şabran şəhər sakini Orxan Əliyevi qətlə yetirməkdə şübhəli bilinən T.Cəfərzadə tutularaq istintaqa təhvil verilib
Şabran Rayon Polis Şöbəsinə iyunun 15-də saat 23 radələrində şəhər sakini 25 yaşlı Orxan Əliyevin öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan ilkin araşdırmalarla şəhər sakini T.Cəfərzadənin münaqişə zəminində O.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Soyğunçuluqda şübhəli bilinən Ağsu rayon sakini C.Əhmədov müəyyən edilərək saxlanılıb
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə iyunun 12-də “Mercedes” markalı avtomobildə sərnişin olan Bakı şəhər sakini Ə.Bəbirova hədə-qorxu gələn sürücünün ondan içərisində 300 manatı olan pulqabısını alması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Ağsu rayon sakini C.Əhmədov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilən 50 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kətəlparaq kənd sakini, əvvəllər məhkum olunmuş F.Əsgərovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 50 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini E.İmanov saxlanılıb
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2080 manat dəyərində qızıl boyunbağını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.İmanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
4,7 hektar sahədən yabanı halda bitən 1 ton 115 kiloqram çəkidə 2436 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Xocavənd RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Böyük Tağlar kəndi ərazisində 4,7 hektar sahədən yabanı halda bitən 1 ton 115 kiloqram çəkidə 2436 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
1,2 hektar sahədən yabanı halda bitən 1 ton 230 kiloqram çəkidə 2018 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Dağlı kəndi ərazisində 1,2 hektar sahədən yabanı halda bitən 1 ton 230 kiloqram çəkidə 2018 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bakıda avtobuslarda əsasən qadınların çantalarından cibgirlik edən şəxs saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Cəlil Səmədov tutularaq istintaqa təqdim edilib. Aparılan araşdırmalar zamanı Cəlil Səmədovun paytaxtın Nizami, Sabunçu və Binəqədi rayonlarında müxtəlif marşrutlarla hərəkət edən avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurladığı müəyyən edilib. Onun həmçinin ticarət mərkəzlərində insanların sıxlığı müşahidə edilən yerlərdə də cibgirliklə məşğul olduğu məlum olub. Qeyd edək ki, saxlanılan şəxsin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınması müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Cəlil Səmədovun paytaxt ərazisində hələlik 7 nəfərə qarşı cibgirlik etdiyi subuta yetirilib.Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-nin açılması təmin olunub
14.06.2022
İyunun 14 -də ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 11-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xırdalanda avtobuslarda cibgirlik və soyğunçuluq edən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tutulub. Aparılan araşdırmalar zamanı onun Xırdalan şəhəri ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə Xırdalan şəhərində soyğunçulıuq edən əvvəllər rməhkum olunmuş Valeri Kulikov saxlanılıb. Faktlarla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.