DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Polis vətəndaşın həyatını xilas etdi

17.06.2022

İyunun 17-də saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib. Hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutub və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas edib.
Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri alan polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

17.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub 17.06.2022
  • Polis vətəndaşın həyatını xilas etdi 17.06.2022
  • Binəqədi rayonu ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən X.Mirmövsümov saxlanılıb 17.06.2022
  • Yevlax rayonunun Qaroğlan kəndi ərazisində kənd sakini Y.Məmmədovun yetişdirdiyi çətənə kolları götürülüb 17.06.2022
  • Kürdəmir rayonunun Ərşəli kəndi ərazisində “Ford Transit” markalı avtomobillə Sığırlı kənd sakini Q.Qarayev vurulub 17.06.2022