Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Süleymanov və A.İsmayılov müəyyən edilərək avtomobillə birgə saxlanılıblar
11.06.2022
Qəbələ Rayon Polis Şöbəsinə iyunun 11-də Bum qəsəbə sakini E.Eyyubovun “Opel” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırılması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Süleymanov və A.İsmayılov müəyyən edilərək avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Cəbrayıl rayon sakini Y.Abbasov saxlanılıb
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 232 manat pul, 2 ədəd kompyuter, 450 manat dəyərində tütün məmulatı və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Y.Abbasov saxlanılıb.
Ağcabədi rayon sakinləri E.Təhməzov və E.Mamedovun həyətlərindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon sakinləri E.Təhməzovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 76 ədəd çətənə kolu və 1,5 kiloqram marixuana, E.Mamedovun həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 71 ədəd çətənə kolu və 50 qram marixuana aşkar edilərək götürülüb.
Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Suqovuşan kənd sakini S.Nəsirovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 45 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Füzuli RPŞ və Beyləqan RMŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Böyük Bəhmənli kəndi ərazisində yabanı halda bitən 328 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ş.İsfalıyev müəyyən edilərək saxlanılıb
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə iyunun 9-na keçən gecə rayon ərazisindəki otellərin birində əcnəbi vətəndaşın 1970 manatının və 100 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ş.İsfalıyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 11-də saat 22 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində S.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobillə yolu keçən şəhər sakini Qorxmaz Qurbanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Ravon” markalı avtomobillə Zəngilan rayon sakini S.Quluzadə vurulub
İyunun 12-də saat 2 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şəki şəhər sakini M.Səmədov idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini Seymur Quluzadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində “Priora” markalı avtomobillə şəhər sakini Q.Qurbanov vurulub
Nərimanov rayonunda 4 evdən 113 min manatlıq oğurluq edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evdən 60.000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3000 manat olan xəz dərinin oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha 3 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən ümumilikdə 50.000 manata yaxın qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Niyaməddin Əliyev saxlanılıb. Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı oğurladığı qızılların və digər əşyaların bir qismi gizlin saxlanc yerindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Niyaməddin Əliyev izahatında etdiyi oğurluqları etiraf edib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Turxan Həsənli saxlanılıb. Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, metamfetamin, 320 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Araşdırma zamanı Turxan Həsənlinin sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşdığı məlum olub. Turxan Həsənli ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb. Niyaməddin Əliyev və Turxan Həsənli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub
10.06.2022
İyunun 10-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.