Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Anbarların birindən 4700 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Ağdaş şəhər sakinləri T.Hüseynov və S.Nəbiyev saxlanılıblar
22.06.2022
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki anbarların birindən 4700 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakinləri T.Hüseynov və S.Nəbiyev saxlanılıblar. Araşdırma aparılır.
Mağazaların birindən 3000 manat pul və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini R.Muradlı saxlanılıb
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 22-də şəhər ərazisindəki mağazaların birindən 3000 manat pul və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakini R.Muradlı saxlanılıb. Araşdırma aparılır.
İşğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki meşəlikdən silah-sursat tapılmışdır
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki meşəlikdən 10 ədəd “PQ 7 S” mərmisi, 1 ədəd “RQO”, 3 ədəd “RQN”, 1 ədəd “RQ-42”, 1 ədəd “705 WS”, 14 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbara, 26 ədəd “UZRQM” qumbara partladıcısı, 14 ədəd “VOQ 25 P” markalı silahdan atılan qumbara və 827 ədəd müxtəlif çaplı patron tapılaraq Minatəmizləmə Agentliyinə təhvil verilib.
Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində kənd sakini S.Kərimova məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilən 39 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraoğlan kəndi ərazisində kənd sakini S.Kərimova məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilən 39 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Qazax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarapapaq kəndi ərazisində 3 sot sahədə yabanı halda bitən 840 kiloqram çəkidə 2100 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Uzunqazmalar kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitən 2 ton 110 kiloqram çəkidə 3047 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.Lerik Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Orand kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitən 4 ton 712 kiloqram çəkidə 18851 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 70-nin açılması təmin olunub
21.06.2022
İyunun 21-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 70-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 21-inin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Samux rayonunun Füzuli kənd sakini Cavid Əliyevi qətlə yetriməkdə şübhəli bilinən M.Tağıyev tutularaq istintaqa təhvil verilib
Samux Rayon Polis Şöbəsinə iyunun 22-də saat 1 radələrində Füzuli kəndi ərazisində kənd sakini 33 yaşlı Cavid Əliyevin öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan ilkin araşdırmalarla kənd sakini M.Tağıyevin münaqişə zəminində C.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Tovuz rayon sakini O.Məmmədova məxsus avtomobili qaçıraraq qəza törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini S.Əsədov saxlanılıb
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə iyunun 21-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən Tovuz rayon sakini O.Məmmədovun “Honda” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin orada işləyən Cəlilabad rayon sakini S.Əsədov tərəfindən qaçırılması və Nəsimi rayonunun Cavadxan küçəsində idarə edərkən hasara vurması müəyyən olunub. Görülmüş tədbirlərlə S.Əsədov saxlanılıb.Binəqədi RPİ-də araşdırma aparılır.Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, avtomobillərini təmiri sexlərində, yuyulma məntəqələrində və digər yerlərdə nəzarətsiz buraxmasınlar.
Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 21-də saat 17 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Sarov kənd sakini P.Əliyev idarə etdiyi “T-28” markalı traktorla yolu keçən kənd sakini Bayram Alquliyevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.Tərtər RPŞ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini R.Rüstəmov saxlanılıb
Metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də Bakı şəhər sakini A.Zabalıyevin çantasından pul, 500 manat dəyərində qulaqcıq və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmov saxlanılıb.