Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
20.06.2022
İyunun 20-də saat 22 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini F.Mirzəyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Abbasovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Sabunçu RPİ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Lerik rayon sakini R.Kişiyev saxlanılıb
Salyan şəhər sakini R.İsayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.İsayevdən qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Gəncə şəhəri Ş.İ.Xətai prospektində avtomat silah, 7 ədəd patron və 1 ədəd patron darağı tapılıb
Gəncə ŞBPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən Ş.İ.Xətai prospektində “AKM” markalı avtomat silah, 7 ədəd patron və 1 ədəd patron darağı tapılıb.
Şirvan şəhər sakini A.Əkbərovun evinə baxış zamanı oradan 980 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 980 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Ə.İsmayılovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb
Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qabaqtəpə kənd sakini Ə.İsmayılovdan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-18” markalı ov tüfəngi götürülüb.
Kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu və 1 kiloqram 390 qr marixuana aşkar edilərək götürülüb
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çəmənli kənd sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu və 1 kiloqram 390 qr marixuana aşkar edilərək götürülüb.
Yabanı halda bitmiş 1 ton 240 kiloqram çəkidə 778 ədəd çətənə kolu aşkar edilərək məhv edilib
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Pirəzə kənd sakini Ş.Həsənova məxsus torpaq sahəsində yabanı halda bitmiş 1 ton 240 kiloqram çəkidə 778 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbirstanlıqda gizlədən şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb. Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub. Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 38-nin açılması təmin olunub
19.06.2022
İyunun 19-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 38-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 2-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.